Icma.az
close
up
RU
Zərifə ananın yubiley sevinci

Zərifə ananın yubiley sevinci

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər bir insanın bir ömür salnaməsi var. Allahın insana bəxş etdiyi ömür payını elə yaşamalısan ki, dönüb arxaya baxanda təəssüflənməyəsən. Həyatda o insanlar xoşbəxtfir ki, el-oba onun əməyindən bəhrələnir. Zərifə ana da belə analardandır. Çox dəyərli, mənəviyyatca zəngin olan xanım agbirçəyimizdir. Bu gün o, övladlarına həm də ata əvəzidir.

Əslində Zərifə xanımın ömür-gün yoldaşı, SSRİ-nin Maarif əlaçısı, ömrünün 50 ilini Osakücə kənd orta məktəbinin direktoru işləmiş Hacı Hacırza Kişiyev də kəndimizin müdrik el agsaqqalı idi. Möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə ona Respublikanın Əməkdar müəllimi fəxri adı verilib. O, bu gün həyatda olmasa da saysız-hesabsız şagirdlərinin, yetirmələrinin yaddaşında əbədi yaşayır. Zərifə xanım da yəqin ki, Hacı Hacırzalı günləri ömrünün ən xoşbəxt günləri sayır.

Hacırza müəllimlə birlikdə 7 övlad boya-başa çatdırıblar. Övladlarının hamısı ali təhsillidir. Eyni zamanda ailədə 19 nəvə və 7 nəticə dünyaya göz açıb. İstər övladları, istərsə də nəvə-nəticələri Hacırza müəllim və Zərifə xanımın haqq yolunu gedərək fəal həyat mövqeyi qazanıblar. Başqa sözlə desək mənsub oldugu nəslin şərəf və ləyaqətini uca tutaraq xalqa, cəmiyyətə fayda verirlər.

Zərifə ana öz gücünü övladlarından alır. Müdriklərin məşhur bir kəlamı var: "Ən yaxşı ana o anadır ki, lazım gələndə uşaqlarına atalıq da edə bilsin". Bu fikir Zərifə xanımın timsalında olan analar üçün deyilib. O,övladlarına fədakar ana olmaqla bərabər,qeyrətli bir ana olmagı da bacardı. Balalarının qəlbinə ikiqat valideynlik hərarəti bəxş edir. Ana və ata əvəzi olaraq övladlarının oxudugu ən qiymətli kitaba çevrildi. Onları bir an görməyəndə darıxır, ürəyi sızıldayır. Bir az nasaz olan kimi nəvə-nəticələri bir xilaskar logman kimi özlərini ona çatdırırlar.

Zərifə xanım 16 iyun 1940 -cı ildə Lənkəran şəhərində adlı-sanlı bir ailədə dünyaya göz açıb. 1960-cı ildə Lənkəran rayonunun Sinovli kəndinə gəlin köçub. Gözləmək olardı ki, şəhər mühitində boya-başa çatan tibb təhsilli Zərifə xanım kəndin ab-havasına uygunlaşa bilməsin. Ancaq hər şey əksinə oldu. O, öz çiynini bəlkə də ən agır işlərə verərək zəhmətkeş, mehriban, hətta başqalarının övladlarını öz övladlarından seçməyən bir ana kimi tanındı və el-oba tərəfindən sevildi. Təsadüfi deyil ki, bu gün ən gənc analara öncə Zərifə xanımın həyat yolunu örnək göstərirlər.

Zərifə xanım Məmmədova 1956-cı ildə lənkəran Tibb Texnikumunu" tibb bacısı" ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə rayonun Kərgəlan kəndində mama-feldşer kimi başlayıb. 40 ildən çox müxtəlif kəndlərdə feldşer-mama məntəqələrində işləyib. İndi fəxrlə demək olar ki, kəndimizin sakinləri onun mənəvi övladlarıdır. El-obada haqlı olaraq onu "Analar anası" adlandırırlar. Axı, arxada qoydugu illərdə saysız-hesabsız ailələrə övlad sevinci bəxş edib, anaların ömrünə ömür calayıb.

Analar haqqında biri-birindən dəyərli şeirlər, rübailər, bayatılar deyilib. Çünki dünyaya yeni gələn hər uşagın ilk sözü Anadır. Ana canlı ruh yetişdirən sənətkardan və ya heykəltəraşdan daha istedadlıdır. Ümumiyətlə insanda gözəl nə varsa, hamısı Ana südündən qaynaqlanır.

Elə ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsi, ecazkar musiqisidir. Ana elə müqəddəs varlıqdır ki, vətəni də onun şərəfinə “Ana vətən” adlandırırlar.

Zərifə ananın bacarıqlı və qaygıkeş bir tibb işçisi kimi fəaliyyəti haqqında anam Ağabanudan çox eşitmişdim.
Həm anamla yaxın rəfiqə idilər, həm də mehriban qonşuluq münasibətləri vardı. Anam onun zəhmətkeşliyindən, müdrikliyindən çox danışardı. Deyirdi ki, Zərifə xanımın kənddə, eldə-obada döymədiyi qapı yoxdur. Elə bir ailə, ocağ olmazdı ki, onun nəfəsi ilə isinməsin. Hamının xeyrində-şərində qabaga düşər, köməyini əsirgəməzdi.

Əgər bir evdə atanın hökmü, ananın nəfəsi varsa, o ev elə cənnətin özüdür. Milli mənəvi dəyərlərdən qaynaqlanan ailə ənənəsi övladlar, nəvələr tərəfindən davam etdirilir

Həyatda kim yaxşı iz buraxırsa demək o, yaşayır. Əslində gəlimli-gedimli dünyamız da məhz belə insanların çiynində qərar tutub. Hamımızın sevimlisi gözəl insan olan çox hörmətli Zərifə xanım məhz belə xeyirxah insanlardandır.

85 illik yubiley münasibətilə onu ürəkdən təbrik edir, həyatın ən şirin neməti olan cansağlığı, uzun ömür arzulayıram.

Anaları qoruyaq!

El-obamızın müdrik agbirçəyi Zərifə xanım Məmmədovanın 85 illiyinə həsr edirəm.

Çoxumuzun atası

Dünyadan vaxtsız köçüb.

Neçə ana qəlbinə

Vədəsiz payız köçüb.

Düşüb qışa, borana,

Onlar ömründən kəsib

Verib balalarına.

Onlar elə ağlayıb,

Heç kəs bunu duymayıb.

Onlar bizi düşmənin

Qapısına qoymayıb.

Bizə ta körpəlikdən

Mərdlik öyrədib onlar.

Yerində mülayimlik,

Sərtlik öyrədib onlar.

O müqəddəs analar

Bu gün yaman qocalıb.

Dişiylə, dırnağıyla

Ərsəyə çatdırdığı

Övladları ucalıb!

Yaşayırıq biz bu gün

Onların əziyyəti,

Əzabı hesabına.

Gündə yüz yol baş əyək

Kipriklə od götürmüş

Anaların adına.

Gəlin ömrümüz üçün

Günəş kimi əbədi

Yananları qoruyaq,

Anaları qoruyaq,

Anaları qoruyaq!

Bəxtiyar Hüseynov,

Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, “Qızıl-qələm” media mükafatı laureatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 İyun 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see557

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see209

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see204

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see190

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see179

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see177

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see177

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see175

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see172

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see172

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see168

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see167

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see166

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see166

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see166

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see165

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see165

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see165

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see162

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri