Zeynəb Məmmədyarova: “Qismətimə elə birinci turdan güclü rəqib düşdü” | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır. “Rəqibim çox güclü şahmatçıdır, son illərdə performansı çox yüksəkdir”.
İdman.biz xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionatında 1/4 finala yüksələn Zeynəb Məmmədyarova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O, 1/8 finalda Ayan Allahverdiyeva üzərində qələbəsini şərh edib: “O, milli komandaya namizəd şahmatçımızdır.
Mən isə son illər digər işlərlə əlaqədar şahmata çox vaxt ayıra bilmirəm.
Buna baxmayaraq, təcrübəmdən faydalanıb oyunlarda üstünlüyü ələ ala bildim.
Çox gərgin seytnot vəziyyətinə düşsəm də, ikinci qarşılaşmada təcrübəm kömək elədi ki, oyunu heç-heçə bitirim”.
Qrossmeysterin sözlərinə görə, 1/4 finalda rəqiblər çox güclü olacaq: “Əslində, hər rəqib güclüdür, qismətimə isə elə birinci turdan güclü rəqib düşdü.
İndiyə qədər olan nəticələrimə əsasən deyə bilərəm ki, Ülviyyə Fətəliyeva ilə matçlarda məndə daha çox xal üstünlüyü var.
Tam oxu
Xəbəri oxu