Icma.az
close
up
RU
Zeynəb Məmmədyarova: “Qismətimə elə birinci turdan güclü rəqib düşdü”

Zeynəb Məmmədyarova: “Qismətimə elə birinci turdan güclü rəqib düşdü”

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Rəqibim çox güclü şahmatçıdır, son illərdə performansı çox yüksəkdir”.

İdman.biz xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionatında 1/4 finala yüksələn Zeynəb Məmmədyarova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, 1/8 finalda Ayan Allahverdiyeva üzərində qələbəsini şərh edib: “O, milli komandaya namizəd şahmatçımızdır. Mən isə son illər digər işlərlə əlaqədar şahmata çox vaxt ayıra bilmirəm. Buna baxmayaraq, təcrübəmdən faydalanıb oyunlarda üstünlüyü ələ ala bildim. Çox gərgin seytnot vəziyyətinə düşsəm də, ikinci qarşılaşmada təcrübəm kömək elədi ki, oyunu heç-heçə bitirim”.

Qrossmeysterin sözlərinə görə, 1/4 finalda rəqiblər çox güclü olacaq: “Əslində, hər rəqib güclüdür, qismətimə isə elə birinci turdan güclü rəqib düşdü. İndiyə qədər olan nəticələrimə əsasən deyə bilərəm ki, Ülviyyə Fətəliyeva ilə matçlarda məndə daha çox xal üstünlüyü var. İstənilən halda, mübarizəmi aparacam, nə olacaqsa, olacaq”.

Məmmədyarova qadın şahmatçılarımızdan ən çox Xanım Balacayevanın oyun üslubunu bəyəndiyini də vurğulayıb: “O, çox enerji itirmədən oyunlarını bitirə bilir. Ancaq bu çempionatda Xanımdan da yüksək reytinqli olanlar var. Buna baxmayaraq, belə bir yarış sistemində isə onun oyununun daha rahat gedəcəyini düşünürəm. Bu çempionat son illərin ən yaxşı şahmatçı performansına malikdir. Ümid edirəm ki, bundan sonra da həmişə belə olar”.

Qeyd edək ki, Zeynəb Məmmədyarova 1/4 finalda Ülviyyə Fətəliyeva ilə qarşılaşacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Fevral 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri