ZİBİLƏ DÜŞMÜŞÜK… | Icma.az
Icma.az bildirir, Gununsesi portalına istinadən. Bu gün gördüyüm dəhşətli bir səhnə sarsıtdı məni… İki nəfər həyətimizdəki zibilxanada “razb
– Kazyol, baa, axırıncı dəfə deyirəm: bir də mənim yeşiyimə burnuvu soxsan başıvı parttadacam!
– Xoroşo, bratuxa… onda, sən də mənim konteynerimi eşələmə… Bu günü də gördük, İlahi!
Sən demə, zibilxanalarda hər yeşiyin öz “yiyəsi” varmış…(!?). … Bu artıq, nə vəssəlamdı, nə də ki, şüttəmam.
Bu, sonuncu, ümidlərin param-parça olduğu lap sonuncu “astanovkadı”… Utandım.
Öz adıma və hamının yerinə utandım!..Yer yarılsaydı, bəlkə də yerə girərdim… Məni qınamayın, elə bil, bizləri ovsunlayıblar, elə bil, bizlərə cadu-piti ediblər… Haradasa, Nikaraquada, ya Somalidə, kimsə kiməsə şappadan bir şillə vurur… bunu əlüstü görürük.
Ya ABŞda, Fransada kimlərsə kimlərəsə qarşı etiraz piketi keçirir – tələm-tələsik bunu gündəm eləyirik.
Amma özümüzdə, gözümüzün önündəcə baş verən faciələri vecimizə də almırıq: “Əşşi, mənə nə, nəyimə lazımdı?” deyibən, yan keçirik.
Tam oxu
Xəbəri oxu