Icma.az
close
up
RU
ZİBİLƏ DÜŞMÜŞÜK…

ZİBİLƏ DÜŞMÜŞÜK…

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Bu gün gördüyüm dəhşətli bir səhnə sarsıtdı məni…
İki nəfər həyətimizdəki zibilxanada “razborka” aparırdı.
– Kazyol, baa, axırıncı dəfə deyirəm: bir də mənim yeşiyimə burnuvu soxsan başıvı parttadacam!
– Xoroşo, bratuxa… onda, sən də mənim konteynerimi eşələmə…

Bu günü də gördük, İlahi! Sən demə, zibilxanalarda hər yeşiyin öz “yiyəsi” varmış…(!?).
… Bu artıq, nə vəssəlamdı, nə də ki, şüttəmam. Bu, sonuncu, ümidlərin param-parça olduğu lap sonuncu “astanovkadı”…

Utandım. Öz adıma və hamının yerinə utandım!..Yer yarılsaydı, bəlkə də yerə girərdim…

Məni qınamayın, elə bil, bizləri ovsunlayıblar, elə bil, bizlərə cadu-piti ediblər…
Haradasa, Nikaraquada, ya Somalidə, kimsə kiməsə şappadan bir şillə vurur… bunu əlüstü görürük. Ya ABŞda, Fransada kimlərsə kimlərəsə qarşı etiraz piketi keçirir – tələm-tələsik bunu gündəm eləyirik. Amma özümüzdə, gözümüzün önündəcə baş verən faciələri vecimizə də almırıq: “Əşşi, mənə nə, nəyimə lazımdı?” deyibən, yan keçirik. Elə bil, dünya həqiqətən beş günlükdü və tərs kimi, beşi də iş gününə düşür!..Bu qədər laqeyidlik, bunca biganəlik, etinasızlıq və bunca siniklik nədən yarandı, bu zibil toxumunu həyatımıza kim və ya kimlər səpdi, görən?..

Bu qədər “ölümmü, qalımmı?” çeşidli problemlərlə əlbəyaxa olduğumuz bir zamanda, yalan və zir-zibil içində çabalamağa məhkum edildiyimiz bir məmləkətdə gönümüz nədən belə qalınlaşdı, İlahi, nədən belə arsızlaşdıq, dayazlaşdıq, mütrüfləşdik?.. Əgər “qəhrəmanlığımız”, eləcə də, “vətən, xalq təəssübkeşliyimiz” çayxanalarda xosunlaşmaqdan, yaxud kompüter klaviaturasına barmaq döyəcləməkdən o yana keçmirsə…vay bizim halımıza!..
Əzizlərim, sonra, – AzTv, ATV belə gəldi, REAL, SPASE belə getdi deməyin ha!..
Əks-səda verməyən intəhasız düzənlikdə çığırıb-bağırmaqladeyil ki, – içimiz dolu deyilsə, ağrı-acımızı dilə gətirməyə, qanunu haqlarımızı tələb etməyə cəsarətimiz çatmırsa, göz yaşlarımızı maddiləşdirə bilmiriksə… cızma-qaralarımızın və zəvzəməyimizin bircə qəpiklik də mənası yoxdur…

Bəzən də özümüzü elə aparırıq ki, sanki hər yarağımız düzəlib, bircə qalıb saqqal darağımız!..
Elə bil, ömrümüzü- günümüzü göy əskiyə bükən iqtidar cənablarının qurub-qoşduqları problemlər burulğanında boğulan bizlər deyilik. Sanki artıq hər şey “o key”-di və bizlər də normal məmləkətlər kimi ədalətli, demokratik və azad seçkilər keçirmişik! Sanki total korrupsiya və rüşvətxorluq adlı bəd xassəli xəstəliyin başını əzmişik! Sanki insan haqları və azadlıqlarının göz-bəbəyi kimi qorunmasına nail olmuşuq! Guya, ölkədə ifadə azadlığını və demokratik dəyərləri tam şəkildə bərqərar etmişik, hələ üstəlik, vətəndaş cəmiyyəti quruculuğunu da müvəffəqiyyətlə başa vurmuşuq!.. Və sair və ilaxır!..
Bəli, əzizlərim, yəqin elə belədi ki, var!
Yəni belə olmasaydı, bütün bu taleyüklü məsələri bir kənara qoyub bir-birimizlə didişməzdik ki!.. Belə olmasaydı, xalqın sözünü deyən, ağrl- acısının heykəlini yapan işıqlı insanların təqib olunmasına, təhqir və tənələrə tuş gəlməsinə bunca biganə qalmazdıq ki… Belə əolmasaydı, ədalətli, ləyaqətli yaşam tərəfdarlarını müdafiə edərdik…

Burada kiçik (ya ortabab) bir haşiyə çıxmağa məcburam…
Razılaşaq və etiraf edək ki, bizlər “huya” gedən, hər zada inanan, təzə nə tikəcəyimizi ölçüb-biçmədən köhnəni dib-dəhnədən dağıdan, nəhayət, güzgü qabağında dayanıb, sözümüzü “rastamoşkadan” keçirmədən atəşin mololoqlar söyləməyə meyilli toplumuq.
Bütün bunlar, bəlkə də millətimizin saflığından, milli- mənəvi dəyərlərə sadiqliyindın və əlbəttə ki, bir az da sadəlövhlüyündən irəli gəlir, – bilmirəm…
Amma fakt budur ki, bu gün müxalif qüvvələr, ilk növbədə özləri özləriylə, daha sonra iqtidarla “dartma, yaxam cırıldı” oyununa baş vurub. İqtidar da boş oturmur, – guya, müxalifətlə ardıcıl və məqsədyönlü mübarizə aparır… Yəni, iqtidar müəllim müxalifət bəyi döyür, söyür, tutur, sındırır, satın alır və s.
Müxalifət isə, cavab olaraq, qayıdıb söyür… və dübarə yenə də söyür, sonra yenə də söyür, söyür… Çünki onun, iqtidar müəllimdən fərqli olaraq, nə döyməyə, nə də sındırmağa, nə satın almağa, nə də tutub həbs eləməyə imkanı var. Güclərin balansı eyni deyil.
Əslində, bu gün hər iki tərəf eynək taxıb rinqə çıxmış həvəskar boksçuları xatırladır…
Ən qəribəsi, bəlkə də ən acınacaqlısı budur ki, tərəflətin ikisi də pontamima hərəkətləriylə əlbəyaxa vuruşa hazlr olduqlarını nümayiş etdirirlər… Bəzən hətta, baş və şəhadət barmaqlarını tapança kimi tutub, bütün istiqamətlərdən – həm horizontal, həm vertikal, həm də çarpaz atəşlər açmaq etüdü göstərməkdən çəkinmirlər…
Xalq isə bu mütəqəlqəl vəziyyətə baxıb da dillənmir. Ağzına su alıb özü üçün qarğara eləyir və… müdrikcəsinə susur!..
Sədd heyif ki, reallıq, daha dəqiqi, zəhrimar kimi acı olan həqiqət məhz bundan ibarətdir. Və heç kim də durub demir ki,: “Ay başınıza dönüm, siz bu qarmaqarışıqda çox ciddi və çox vacib bir məqaml unudursunuz: adamlar bir-birləri haqda danışmaqdansa, bir-biriylə danışmalıdı. Bu, daha düzgün, daha yaxşı və daha qısa yoldu!..” Bir qırışmal köpəyoğlu sinəsini qabağa verib dillənmir ki,: “A bala, a millət, ay ağıl dəryaları, ta yorulduq, bezdik, ta bu andır nifrətdən əl çəkin! Nifrətdən heç vədə yaxşı bələdçi olmayıb, olmayacaq da!..”

…Düşünürəm ki, vəziyyət bu qədər ağrılı və bu qədər kədərli görünməsəydi, yəqin, çox gülməli olardı!..

…Elə bu sözləri yazırdım ki… həyətin zibil yeşikləri yerləşdirilən tərəfində səs-küy qopdu…

Deyəsən, vid-fasonlarından keçmiş ziyalıya oxşayan “bomj”lar, yenə də öz aralarında nəyisə bölüşə bilmirdilər!..

Eldəniz Zeynalov

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Yanvar 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri