futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.
İlk oyun günündə lider “Qarabağ” ikinci pillədəki “Zirə”nin qonağı olacaq.
Çempionatda çətin günlər keçirən, kubokla da vidalaşan “Neftçi” bu turda “Sabah”la üz-üzə gələcək.
“Araz-Naxçıvan” “Kəpəz”lə, “Karvan-Yevlax” isə “Şamaxı” ilə qarşılaşacaq. Tura “Sumqayıt” – “İmişli” oyunu ilə yekun vurulacaq.
6 dekabr, 17:00 Zirə – Qarabağ Mövsümün birinci oyunu 1:1 “Qarabağ” Çempionlar Liqasında dörd gün sonra “Ayaks”la kritik oyuna çıxacaq.
Çempionatda birinci pillədə yer alan ən yaxın izləyicisi “Zirə”ni üç xal qabaqlayır.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin ehtiyatda bir oyunu daha var.
“Zirə” ilə matç “Qarabağ”ın “Ayaks”la oyuna tam hazır olması üçün əhəmiyyətlidir.