Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək. İlk oyun günündə lider “Qarabağ” ikinci pillədəki “Zirə”nin qonağı olacaq. Çempionatda çətin günlər keçirən, kubokla da vidalaşan “Neftçi” bu turda “Sabah”la üz-üzə gələcək. “Araz-Naxçıvan” “Kəpəz”lə, “Karvan-Yevlax” isə “Şamaxı” ilə qarşılaşacaq. Tura “Sumqayıt” – “İmişli” oyunu ilə yekun vurulacaq.

6 dekabr, 17:00 Zirə – Qarabağ
Mövsümün birinci oyunu 1:1

“Qarabağ” Çempionlar Liqasında dörd gün sonra “Ayaks”la kritik oyuna çıxacaq. Çempionatda birinci pillədə yer alan ən yaxın izləyicisi “Zirə”ni üç xal qabaqlayır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin ehtiyatda bir oyunu daha var. “Zirə” ilə matç “Qarabağ”ın “Ayaks”la oyuna tam hazır olması üçün əhəmiyyətlidir. “Qarabağ” Zirə səfərində keçirdiyi son matçda 2:3 hesabıyla uduzub. Rəşad Sadıqovun komandası intizamlı oyunu ilə diqqət çəkir. “Qarabağ”la matç “qartallar”ın müvəqqəti də olsa, liderliyə yüksəlməsi üçün şansdır. Liderdə əsas diqqət ÇL matçındadır və bu səbəbdən Qurbanov “Zirə” səfərində çox da risk etməyə bilər.

7 dekabr, 14:00 Karvan-Yevlax – Şamaxı
Mövsümün birinci oyunu – 0:3

Son dönəmlərdə baş məşqçi məsələsi ilə gündəmdən düşməyən Yevlax klubu bu mövsüm ikinci dəfə doğma azarkeşləri önündə meydana çıxacaq. Məşqçi Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv kubokda “Qarabağ”a 0:3 hesabıyla uduzmasına baxmayaraq, oyunun böyük hissəsində intizamlı müdafiəsi ilə diqqət çəkdi. Azər Həşimovla qeyri-rəsmi də olsa, yollarını ayıran Yevlax təmsilçisi bu mövsüm cəmi bir qələbə qazanıb. “Şamaxı” ilə matç onlar üçün dönüş oyunu hesab edilir.

“Şamaxı” isə bu mövsüm səfər oyunlarında daha yaxşı təsir bağışlayır. “Qarabağ”, “Sabah” kimi görüşlərdən bir xalla ayrılan “şirlər” müdafiədəki kompakt oyunu ilə seçilir. Ayxan Abbasovun yetirmələrinin əsas silahı standart vəziyyətlərdir. Komanda vurduğu son qolları da məhz standartlardan vurub. “Karvan-Yevlax” bölgə klubunun bu təhlükəsinə hazır olmalıdır.

7 dekabr, Qəbələ – Turan Tovuz
Mövsümün birinci oyunu 0:1

Son iki oyunda qələbə qazanan “Qəbələ”də atmosfer yaxşı səviyyədədir. Kaxaber Sxadadzenin yetirmələri mövsümün ən yaxşı futbol sərgiləyən kollektivlərindəndir. Son ötürmələrdə, zərbələrdə uğursuzluq yaşayan, bəzən təcrübəsizliyin əziyyətini çəkən “Qəbələ” oyunu ilə autsayderlər sırasında deyil, “beşlik”də olmalı idi. Xüsusilə, hücum xəttində sürətli oyunçulara sahib “qırmızı-qaralar” hər matçda real qol epizodları yarada bilir. Müdafiədə ləng olan “Turan Tovuz” üçün rəqibin hücum xətti başağrısı yarada bilər.

“Turan Tovuz”da isə oyun baxımından axsamalar var. Hücumda çoxala bilməyən, qısa ötürmələrdə epizod gözləyən tovuzluların “Qəbələ”nin sürətli oyununa qarşı hansı taktikanı seçəcəyi maraqla gözlənilir. Kurban Berdıyev müdafiə planında komandalarını yaxşı hazırlayır. “Turan Tovuz”un Qəbələ səfərində “bir”, yoxsa “iki nömrə” kimi oynayacağı əsas məsələdir. “Qəbələ” əks-hücumlarda ən yaxşı kollektivlərdəndir və bu baxımdan tovuzluların açıq futbola risk etməyəcəyi gözlənilir.

8 dekabr, 20:00 Sabah – Neftçi
Mövsümün birinci oyunu 0:0

“Sabah” hazırda çempionatda ən formada komandalardandır. “Bayquşlar” son 10 rəsmi matçını qazanıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv iddialı klublara qarşı yaxşı motivasiyası və baxımlı futbolu ilə diqqət çəkir. Turnir cədvəlində 25 xalla üçüncü olan “Sabah” lider “Qarabağ”ın ikinci “Zirə” ilə duelinin olmasından yararlanmaq niyyətindədir. “Qartallar”ın xal itkisi və “Sabah”ın qələbəsi komandanı ikinci pilləyə yüksəldə bilər. “Futuristlər” “Neftçi”yə qarşı son 5 matçda uduzmayıb.

“Neftçi” isə çətin dönəmlər keçirməkdədir. Baş məşqçi təyinatı reallaşmayıb, komandanı oyunlara müvəqqəti Sənan Qurbanov çıxarır. Kubokla da vidalaşan “ağ-qaralar”a tənqidlər çoxdur. “Sabah” səfərində qazanılacaq qələbə “ağ-qaralar” üçün əlavə motivasiya olacaq. Son illərdə uğursuzluqlardan yaxa qurtara bilməyən paytaxt klubu avrokuboklara vəsiqə iddiasını davam etdirə bilmək üçün artıq qələbələr qazanmalıdır. Turnir cədvəlində 7-ci sırada qərarlaşan “Neftçi” bu turda uduzsa və “Şamaxı” ilə “İmişli” qələbə qazansa, komanda 9-cu sıraya qədər geriləyəcək.

9 dekabr, 17:00 Araz-Naxçıvan – Kəpəz
Mövsümün birinci oyunu 2:0

Kubokda bir neçə gün öncə üz-üzə gələn komandaların duelində “Kəpəz” üstün tərəf olub. Azər Bağırovun gəlişindən sonra oyun planında irəliləyən gəncəlilər qələbənin təsadüf olmadığını göstərmək niyyətindədir. “Kəpəz”də indiki məqamda əsas problem heyətin keyfiyyətidir. Bağırov qışa qədər maksimum xallar toplamağı və fasilədə heyəti bir neçə oyunçu ilə gücləndirməklə daha yuxarı sıralara oynamağı hədəfləyir. “Araz-Naxçıvan”a qarşı kubok oyununda yaxşı performans göstərən “Kəpəz” bu oyununu davam etdirsə, növbəti qələbəsini qazana bilər.

“Araz-Naxçıvan”da isə eniş var. Mövsümə yaxşı başlayan, lakin son turlarda xal itkiləri yaşayan naxçıvanlılar “beşlik”dən kənardadır. Komandanın baş məşqçisi Elmar Baxşıyevin postu təhlükədədir və “Kəpəz”lə oyunun nəticəsi mütəxəssisin taleyi üçün həlledici ola bilər.

9 dekabr, 19:00 Sumqayıt – İmişli
Mövsümün birinci oyunu (3:0, “İmişli” protokolda adı olmayan oyunçunu oynatdığı üçün texniki məğlubiyyət alıb)

Saşa İliçin gəlişindən sonra yaxşı oyunu ilə diqqət çəkən komandalardan biri də “Sumqayıt”dır. “Kimyaçılar” xüsusilə ev matçlarında dominant oynamağa çalışır. Komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirdiyi son üç matçda iki qələbə qazanıb. Yeganə məğlubiyyət “Qarabağ”a qarşı oyunda alınıb. “Kimyaçılar”ın hücum xəttində keyfiyyətli oyunçular var. Sıx müdafiə olunan “İmişli”nin müdafiəsini yarmaq üçün driblinqləri ilə önə çıxan Aleksa Yankoviçin üzərinə böyük yük düşəcək.

“İmişli” isə gözləntilərdən daha yaxşı çıxış edir. Bölgə təmsilçisi bu mövsüm “Sabah”, “Neftçi” səfərlərində qələbə qazanmağı bacarıb. Müdafiədə kompakt olan, hücuma isə kollektiv çıxmağı bacaran “İmişli” Sumqayıt səfərində də azı bir xala ümid edir.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:431
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Dekabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri