Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sülh müqaviləsinin imzalanmaması Ermənistanın manipulyasiyasıdır".Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov bu fikirləri “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda səsləndirib.O bildirib ki, Ermənistan tərəfinə sülh müqaviləsinin 5 əsas prinsip əsasında imzalanması təklif edilib:"Ermənistan ilkin olaraq bununla razılaşdı, lakin sonradan geri addım atdı.
2022-ci il oktyabrın 6-da Praqada razılıq əldə olunmuşdu ki, belə bir müqavilənin imzalanmasında problem yoxdur".Əsgərov hesab edir ki, Ermənistan müstəqil siyasət yürütmədiyi üçün Fransa və Bayden Administrasiyasının təzyiqləri nəticəsində sülh müqaviləsinin imzalanmasını ləngidir:"Artıq 17 bənddən ibarət müqavilənin 15-i razılaşdırılıb.
Əsas məsələlərdən biri Naxçıvana 45-46 km-lik yolun açılmasıdır. Bu məsələyə bəzən İran razı olmur, Fransa mane olur.
Əvvəlcə Bayden Administrasiyası buna razılıq vermişdi, lakin sonradan mövqeyini dəyişdi".Milli Məclis sədrinin müavini əlavə edib ki, digər əsas problem Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır:"Onların müstəqillik bəyannaməsində açıq şəkildə göstərilib ki, Dağlıq Qarabağ Ermənistanın ərazisidir.
Azərbaycan sülhə razıdır, çünki sülh təşəbbüsünü biz irəli sürmüşük.
Amma tələbimiz odur ki, Ermənistan Konstitusiyasında ərazi iddialarına dair maddə çıxarılsın.
Əks halda, heç bir sülh müqaviləsindən söhbət gedə bilməz. Ermənistan bu məsələni məqsədli şəkildə uzadır".Ziyafət Əsgərov Ermənistanın sülh