Icma.az
close
up
RU
Ziyafət Əsgərov: Sülh müqaviləsinin imzalanmaması Ermənistanın manipulyasiyasıdır

Ziyafət Əsgərov: Sülh müqaviləsinin imzalanmaması Ermənistanın manipulyasiyasıdır

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sülh müqaviləsinin imzalanmaması Ermənistanın manipulyasiyasıdır".

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov bu fikirləri “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda səsləndirib.

O bildirib ki, Ermənistan tərəfinə sülh müqaviləsinin 5 əsas prinsip əsasında imzalanması təklif edilib:

"Ermənistan ilkin olaraq bununla razılaşdı, lakin sonradan geri addım atdı. 2022-ci il oktyabrın 6-da Praqada razılıq əldə olunmuşdu ki, belə bir müqavilənin imzalanmasında problem yoxdur".

Əsgərov hesab edir ki, Ermənistan müstəqil siyasət yürütmədiyi üçün Fransa və Bayden Administrasiyasının təzyiqləri nəticəsində sülh müqaviləsinin imzalanmasını ləngidir:

"Artıq 17 bənddən ibarət müqavilənin 15-i razılaşdırılıb. Əsas məsələlərdən biri Naxçıvana 45-46 km-lik yolun açılmasıdır. Bu məsələyə bəzən İran razı olmur, Fransa mane olur. Əvvəlcə Bayden Administrasiyası buna razılıq vermişdi, lakin sonradan mövqeyini dəyişdi".

Milli Məclis sədrinin müavini əlavə edib ki, digər əsas problem Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır:

"Onların müstəqillik bəyannaməsində açıq şəkildə göstərilib ki, Dağlıq Qarabağ Ermənistanın ərazisidir. Azərbaycan sülhə razıdır, çünki sülh təşəbbüsünü biz irəli sürmüşük. Amma tələbimiz odur ki, Ermənistan Konstitusiyasında ərazi iddialarına dair maddə çıxarılsın. Əks halda, heç bir sülh müqaviləsindən söhbət gedə bilməz. Ermənistan bu məsələni məqsədli şəkildə uzadır".

Ziyafət Əsgərov Ermənistanın sülhə sadiq olmadığını vurğulayıb:

"Əgər Ermənistan sülh istəyirsə, o zaman Hindistandan, Yunanıstandan, Fransadan aldığı silahlar nəyə lazımdır? Onlar iddia edirlər ki, özlərini qorumaq üçün silahlanırlar, lakin əslində militarist siyasət yürüdürlər və bu səbəbdən onlara etibar etmək mümkün deyil".

Deputat qeyd edib ki, Azərbaycanın müdafiə qabiliyyətini möhkəmləndirməsi isə təbii haldır:

"Biz heç kimin ərazisini işğal etməmişik. Belə olan halda, sülh müqaviləsi nə dərəcədə realdır?".

Əsgərov əlavə edib ki, Azərbaycan sülh müqaviləsini Ermənistan dövləti ilə bağlamaq istəyir, yalnız Baş nazirin şəxsi iradəsinə əsaslanan bir sənəd deyil.

O, həmçinin ATƏT-in Minsk Qrupunun ləğvi məsələsinin gündəmə gətirildiyini bildirib:

"Minsk Qrupu 30 il ərzində Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə heç bir töhfə vermədi. Əksinə, prosesi daha da uzatdı və Ermənistanın mövqeyini gücləndirdi. Artıq bəllidir ki, Minsk Qrupu münaqişənin həllində deyil, onun dərinləşməsində maraqlı olub".

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri