Ziyanın yarısından qayıtmaq: O, Trampı gözləyir? KONKRET | Icma.az
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Donald Tramp bütün dünyanı bir-birinə vurarkən bunun bir ucunun da Azərbaycana dəyəcəyi ehtimalı artır.
Azərbaycanda isə tərcümeyi-halında kiçik də olsa Trampın “izi” olan bir sabiq məmur var – Ziya Məmmədov… KONKRET.az azpolitika.info-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) keçmiş rəisi, keçmiş nəqliyyat naziri, Rusiyanın Dərbənd şəhərinin fəxri vətəndaşı, ABŞ Prezidenti Donald Trampın tanışı… 73 yaşlı Ziya Məmmədovun 1971-ci ildən başlayan əmək fəaliyyətinin ən önəmli məqamları bunlardır və burada nə qədər qəribə olsa da Trampın adı keçir… Ziya Məmmədov 2002-ci ildən 2017-ci ilə qədər 15 il müddətində Azərbaycan ən gəlirli qurumlarından biri olan Nəqliyyat Nazirliyinə rəhbərlik edib.
Maraqlıdır ki, onun vəzifədən çıxarılması ilə bağlı prezident sərəncamı belə yoxdur.
Çünki 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv edilərək rabitə sektoru ilə birləşdirildi, Ziya müəllim də təqaüdə göndərildi.
Keçmiş nazirin karyerasının 18 ili Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposuna bağlıdır.
Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu məzunu burada maşinist köməkçisindən başlayıb, rəis müavini, məntəqə rəisliyinə qədər karyera yolu keçib.
Daha sonra qurumun Gəncə Lokomotiv deposunun rəisi, 1991–1993-cü illərdə isə Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi vəzifəsinə yükləlib.
Tam oxu
Xəbəri oxu