Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Ziyanın yarısından qayıtmaq: O, Trampı gözləyir? KONKRET

Ziyanın yarısından qayıtmaq: O, Trampı gözləyir? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Donald Tramp bütün dünyanı bir-birinə vurarkən bunun bir ucunun da Azərbaycana dəyəcəyi ehtimalı artır. Azərbaycanda isə tərcümeyi-halında kiçik də olsa Trampın “izi” olan bir sabiq məmur var – Ziya Məmmədov…

KONKRET.az azpolitika.info-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) keçmiş rəisi, keçmiş nəqliyyat naziri, Rusiyanın Dərbənd şəhərinin fəxri vətəndaşı, ABŞ Prezidenti Donald Trampın tanışı… 73 yaşlı Ziya Məmmədovun 1971-ci ildən başlayan əmək fəaliyyətinin ən önəmli məqamları bunlardır və burada nə qədər qəribə olsa da Trampın adı keçir…

Ziya Məmmədov 2002-ci ildən 2017-ci ilə qədər 15 il müddətində Azərbaycan ən gəlirli qurumlarından biri olan Nəqliyyat Nazirliyinə rəhbərlik edib. Maraqlıdır ki, onun vəzifədən çıxarılması ilə bağlı prezident sərəncamı belə yoxdur. Çünki 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv edilərək rabitə sektoru ilə birləşdirildi, Ziya müəllim də təqaüdə göndərildi.

Keçmiş nazirin karyerasının 18 ili Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposuna bağlıdır. Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu məzunu burada maşinist köməkçisindən başlayıb, rəis müavini, məntəqə rəisliyinə qədər karyera yolu keçib. Daha sonra qurumun Gəncə Lokomotiv deposunun rəisi, 1991–1993-cü illərdə isə Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi vəzifəsinə yükləlib. 1993–1996-cı illərdə ADDY rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib. Prezidentin 31 iyul 1996-cı il tarixli Sərəncamı ilə qurumun rəisi təyin edilib. Beləliklə, Ziya Məmmədovn “qızıl dövrü” bu tarixdən hesablanır.

O, qısa müddətdə məmur korpusunda var-dövləti, dəbdəbəli həyatı, səxavəti ilə fərqləndi və mətbuatın “ulduzlarından” birinə çevrildi. Bu vəzifədə 6 il qaldıqdan sonra Z.Məmmədov 2002-ci ilin avqustunda Nəqliyyat naziri təyin edildi. Bu tarixdən 1 il sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və Azərbaycana yavaş-yavaş böyük neft pulları daxil olmağa başladı.

2004-cü ildə Ziya Məmmədovun ilk böyük layihəsi icra olunmağa başladı: 120 kilometrlik Bakı-Ələt-Hacıqabul avtomagistralı o zamana qədər Azərbaycanda mövcud olmayan beynəlxalq standartlara uyğun şəkildə genişləndirildi və yenidən quruldu. On milyonlarla dollar vəsaitin xərcləndiyi yol, sonrakı illərdə bir neçə dəfə əsaslı təmir olunub. Hazırda onun əsas hissəsi yarasız vəziyyətdədir, yolun hər iki istiqamətdə sağ zolağı tamamilə sıradan çıxıb. Mütəxəssislər  bildirirlər ki, yol keyfiyyətsiz inşa olunub, həmçinin normadan artıq yüklənmiş maşınların magistrala daxil olması infrastrukturun məhv olmasına gətirib çıxarıb.

Bakı-Qazax magistralının 80 kilometrlik Hacıqabul-Kürdəmir hissəsi də Ziya Məmmədovun nazir olduğu dövrə istifadəyə verilib. Yenidənqurma layihəsinə 350 milyon manatdan artıq vəsait xərclənib. Magistralın qalan hissəsi də mərhələli şəkildə yenidən qurulub və yüz milyonlarla dövlət vəsaiti və kreditlər hesabına başa gəlib.

Bundan başqa, Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu, Ələt-Astara dövlət sərhədi avtomobil yolu şəhərlər və rayonlar arası çoxlu sayda yol layihələri icra olunub.

Z.Məmmədovun nazir olduğu dövrdə nəqliyyat sektoru neft gəlirləndən ən böyük pay alan qurum olub. Bu sahəyə ümumilikdə 5 milyard manatdan artıq vəsait yönəldilib.

Ziya Məmmədovun 2008-ci ilin 12 mart tarixində prezidentə məruzəsində böyük pullardan bəhs olunur: “Əgər 2006-cı ildə bu məqsədlə dövlət büdcəsindən 50 milyon manat ayrılmışdısa, artıq 2007-ci ildə bu məbləğ 130 milyon manat olmuş, 2008-ci ildə isə 162 milyon manatdır. Yolların, körpülərin, keçidlərin tikilməsi, yenidən qurulması və bərpası üçün milli investisiya qoyuluşunun məbləği 2004-cü ildə 16,3 milyon manat olmuşdusa, 2007-ci ildə bu rəqəm 464 milyon manat təşkil etmiş, 2008-ci ildə isə 522 milyon manat məbləğində təsdiq olunmuşdur. Beynəlxalq maliyyə institutlarının kreditləri hesabına həyata keçirilən avtomobil yolları layihələri üzrə 2007-ci ildə 99,3 milyon dollar vəsait cəlb edilmişdir və 2008-ci ildə isə bu vəsaitin 250 milyon dollar olacağı gözlənilir. Əgər 2000-ci illərin əvvəllərində nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumları kiçik vəsaitləri belə çox ehtiyatla ayırırdılarsa, hazırda ən nüfuzlu beynəlxalq maliyyə institutları tərəfindən daha sərfəli şərtlərlə təklif olunan investisiyaların məbləği 3 milyard dollardan artıqdır…”

Milyardlıq layihələrdən alınan, çırpışdırılan “otkatlar” hesabına Z.Məmmədov 2005-ci ildə ailə üzvlərinin adlarının baş hərflərindən ibarət olan ZQAN Holdinqi təsis etdi. Oğlu Anar Məmmədov tərəfindən idarə olunan şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib.

10 may 2013-cü il tarixindən etibarən ZQAN adı dəyişdirilrək “Garant Holing”lə əvəzlənib.

Holdinqin tərkibində bu şirkətlər daxil idi: “Bank of Azerbaijan”, “Qarant Sığorta” ASC, “Garant İnşaat Sənaye” MMC, Garant (Ucar) Aqro (“Mərcan” toyuqları)

“Rixos Quba”, Quba Olimpiya Kompleksi MMC, ZQAN Construction, “Azbentonit”, Goranboy Gips ASC, Göyçay Çınqıl, TranEuroCom Telekommunikasiya, “Delfin Otel”, “Meridian hoteli”, ZQAN Plaza, “Kəhrəba restourants”, “Royal Estate Royal Fakilities Managment” daşınmaz əmlak, “Garant Agricultur Group”, KFC Azərbaycan, M.Trans MMC, “Delfin” MMC, Turbo.az MMC və s.

Məlumdur ki, bu sayda şirkətlərin yaradılması, fəaliyyəti, nəhəng gəlirlərii bilavasitə büdcədən istiqamətləndirilmiş milyonlar hesabına başa gəlib. Anar Məmmədovun biznesdə qaz vurub qazan doldurması onun fitri istedadı, qabiliyyəti ilə bağlı olmayıb. Hər halda, alın təri ilə pul qazanan iş adamları ziyafətlərdə, eyşi-işrət məclislərində milyonları havaya sovurması ilə gündəmə gəlmirlər…

Ziya Məmmədovun biznes imperiyasının aqibəti də digər məmur həmkarlarından fərqli olmadı. Vəzifədən çıxarıldıqdan qısa müddət sonra şirkətlər bir-birinin ardınca bağlandı, yaxud əl dəyişdirdi. Onun topdağıtmaz sərvətinin əhəmiyyətli hissəsi əlindən çıxdı, yalnız oğlu vasitəsi ilə xaricə çıxara bildiyi, Londonda, başqa Avropa paytaxtlarında daşınmaz əmlaka, səhmlərə, biznesə yatırılan milyonlar ona qaldı. Hazırda uzun illərdir ayağı Azərbaycana dəyməyən Anar Məmmədov Britaniyada, ABŞ-də bu vəsaitlər hesabına iş adamı titulu daşıyır.

ABŞ-də Donald Trampın hakimiyyətə qayıtması Məmmədovlar üçün düşərli hadisə sayılır. Çünki o, nazir olduğu dönəmlərdə Trampın franşizini alıb Bakıda onun adına otel inşa etməyə, onunla münasibətlər qurmağa nail olmuşdu. Bu səbəbdən Anar Məmmədov 2016-cı ilin yanvarında Trampın inauqurasiyasına da dəvət almışdı. Amma cəmi 1 il sonra Z.Məmmədovun rəhbərlik etdiyi nazirliyin vəzifəsi ilə birlikdə ləğv edilməsi onun ulduzunun parlamasına imkan vermədi. Özü ilə biznesi də tarixin arxivinə getdi. İndi Ziya Məmmədovun və oğlunun dünya iqtisadiyyatını biri-birinə vuran Trampın yadına düşməsi qətiyyən inandırıcı deyil…

Ziya Məmmədov hazırda gününün çox hissəsini doğulduğu Ucar rayonunun Qızılqumlaq kəndindəki villasında keçirir, ibadətlə məşğul olur, ara-sıra insanları halallığa, dürüstlüyə, mənəvi saflığa çağırır. Büdcədən oğurlanmış pullar hesabına tikilmiş villada oturub bu cür “ağsaqqallıq” etmək mənəvi dəyərlərə, dinə, əxlaqa nə dərəcədə uyğundur? Bunu sabiq nazir özü daha yaxşı bilər yəqin ki…

Ancaq hər halda, varidatının əhəmiyyətli hissəsini qoruya bilən Ziya müəllim ziyanın yarısından qayıtmış kimi görünür. Görək, bir zamanlar ona “körpüdən keçəndə…” məsəlindəki qədər yaxın olan və hazırda dünyanı qarışdıran “dostu” Tramp da ziyanın yarısından qayıda biləcəkmi?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Aprel 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see266

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see261

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see237

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see235

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see220

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see218

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see212

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see211

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see211

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see209

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see206

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see205

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see204

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see203

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see183

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see176

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see174

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri