Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç Arda Gülerin karyerası və oyun üslubu ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İbra bildirib ki, Arda Gülər 2023-cü ildə "Real Madrid" əvəzinə "Barselona"nı seçsəydi, hazırda dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri ilə birlikdə oynayaraq dünya futbolunun ən yaxşı hücuma meyilli yarımmüdafiəçilərindən birinə çevrilə bilərdi.
"Əgər Arda Güler 2023-cü ildə "Real Madrid" əvəzinə "Barselona"nı seçsəydi, hazırda dünyanın ən yaxşı yarımmüdafiəçisi ilə oynayaraq dünyanın ən yaxşı hücumameyilli yarımmüdafiəçisi olacağına həqiqətən inanıram.
O, özünə heç uyğun gəlməyən taktiki sistem və oyunçular arasında ilişib qalmış super istedadlı futbolçudur", - deyə İbrahimoviç qeyd edib.
Əfsanəvi futbolçu Ardanın müasir yarımmüdafiəçilərdə nadir hallarda rast gəlinən xüsusiyyətlərə sahib olduğunu vurğulayıb. Onun sözlərinə görə, Gülər oyunun tempini müəyyənləşdirə, topla irəliləyə, rəqibləri keçə, qol vəziyyətləri yarada və son ötürməni verə bilir.
İbrahimoviç Arda Güləri klassik "10 nömrə" mövqeyinin futbolçusuna bənzədib:
"O, mənə klassik 10 nömrəni xatırladır. Futbolu sanki heç bir çətinlik çəkmədən oynayan futbolçu tipidir.
Məncə, Arda artıq dünya futbolundakı elit 10 nömrələr arasında öz yerini tutub. Bu sürətlə inkişaf etməyə davam edərsə, onun nələrə nail ola biləcəyinin heç bir həddi yoxdur.
O, dünyanın ən yaxşı futbolçularından birinə çevrilmək potensialına sahibdir".
İbrahimoviç fikirlərinin sonunda Arda Gülərin adının gələcəkdə daha çox hallanacağını vurğulayaraq "Arda Gülər. Bu adı unutmayın" ifadəsini işlədib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)