Icma.az
close
up
RU
Zlatan İbrahimoviç: Arda Barselona nı seçsəydi...

Zlatan İbrahimoviç: Arda Barselona nı seçsəydi...

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç Arda Gülerin karyerası və oyun üslubu ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İbra bildirib ki, Arda Gülər 2023-cü ildə "Real Madrid" əvəzinə "Barselona"nı seçsəydi, hazırda dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri ilə birlikdə oynayaraq dünya futbolunun ən yaxşı hücuma meyilli yarımmüdafiəçilərindən birinə çevrilə bilərdi.

"Əgər Arda Güler 2023-cü ildə "Real Madrid" əvəzinə "Barselona"nı seçsəydi, hazırda dünyanın ən yaxşı yarımmüdafiəçisi ilə oynayaraq dünyanın ən yaxşı hücumameyilli yarımmüdafiəçisi olacağına həqiqətən inanıram.

O, özünə heç uyğun gəlməyən taktiki sistem və oyunçular arasında ilişib qalmış super istedadlı futbolçudur", - deyə İbrahimoviç qeyd edib.

Əfsanəvi futbolçu Ardanın müasir yarımmüdafiəçilərdə nadir hallarda rast gəlinən xüsusiyyətlərə sahib olduğunu vurğulayıb. Onun sözlərinə görə, Gülər oyunun tempini müəyyənləşdirə, topla irəliləyə, rəqibləri keçə, qol vəziyyətləri yarada və son ötürməni verə bilir.

İbrahimoviç Arda Güləri klassik "10 nömrə" mövqeyinin futbolçusuna bənzədib:

"O, mənə klassik 10 nömrəni xatırladır. Futbolu sanki heç bir çətinlik çəkmədən oynayan futbolçu tipidir.

Məncə, Arda artıq dünya futbolundakı elit 10 nömrələr arasında öz yerini tutub. Bu sürətlə inkişaf etməyə davam edərsə, onun nələrə nail ola biləcəyinin heç bir həddi yoxdur.

O, dünyanın ən yaxşı futbolçularından birinə çevrilmək potensialına sahibdir".

İbrahimoviç fikirlərinin sonunda Arda Gülərin adının gələcəkdə daha çox hallanacağını vurğulayaraq "Arda Gülər. Bu adı unutmayın" ifadəsini işlədib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Sentyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri