Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmiləri Bakıda keçiriləcək Avropa çempionatına hazırlığı müsbət qiymətləndirdilər.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli deyib.
O, yarışın Təşkilat Komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan "İnfort" şirkətinin əməkdaşlarının Bakıya səfəri ilə bağlı danışıb: "Bu rəsmi səfər zamanı onların əsas məqsədi qrup oyunlarına hazırlıqla tanış olmaq idi.
Bununla bağlı görülən və görüləcək işlər təhlil olundu. İlk toplantı Milli Gimnastika Arenasında keçirildi.
Turnirin paytaxtımızdakı qarşılaşmaları məhz bu arenada gerçəkləşəcək.
Burada azarkeşlərin, idmançıların, rəsmi şəxslərin yerləşdirilməsi, matç zamanı təhlükəsizliklə bağlı hansı tədbirlərin görülməsi və başqa mövzular yerində təhlil edildi.
Ümumi rəyə əsasən bütün bunlar müsbət qiymətləndirildi". AVF rəsmisi CEV nümayəndələrinin Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzinə d