Icma.az
close
up
RU
Zöhrab Gözəlbəyli: AVK rəsmiləri Bakıda qitə birinciliyinə hazırlığı müsbət qiymətləndirdilər

Zöhrab Gözəlbəyli: AVK rəsmiləri Bakıda qitə birinciliyinə hazırlığı müsbət qiymətləndirdilər

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmiləri Bakıda keçiriləcək Avropa çempionatına hazırlığı müsbət qiymətləndirdilər.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli deyib.

O, yarışın Təşkilat Komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan "İnfort" şirkətinin əməkdaşlarının Bakıya səfəri ilə bağlı danışıb: "Bu rəsmi səfər zamanı onların əsas məqsədi qrup oyunlarına hazırlıqla tanış olmaq idi. Bununla bağlı görülən və görüləcək işlər təhlil olundu. İlk toplantı Milli Gimnastika Arenasında keçirildi. Turnirin paytaxtımızdakı qarşılaşmaları məhz bu arenada gerçəkləşəcək. Burada azarkeşlərin, idmançıların, rəsmi şəxslərin yerləşdirilməsi, matç zamanı təhlükəsizliklə bağlı hansı tədbirlərin görülməsi və başqa mövzular yerində təhlil edildi. Ümumi rəyə əsasən bütün bunlar müsbət qiymətləndirildi".

AVF rəsmisi CEV nümayəndələrinin Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzinə də baxış keçirdiyini söyləyib: "Komandaların bütün məşqləri həmin məkanda baş tutacaq. Orada daha əvvəl beynəlxalq oyunlar da təşkil edilib. Bununla əlaqədar rəsmi şəxslərdə sual yaranmadı. Digər məsələ idmançıların yerləşdirilməsi idi. Dörd otelə baxdılar. Avropa Voleybol Konfederasiyasının rəsmiləri daha məqsədəuyğun olanları müəyyən etdilər. AVF bununla bağlı sonra konkret qərar verəcək. Buraya gələn qonaqlar, idmançıların özlərini yaxşı hiss etməsi üçün çalışacağıq. Qonaqlar həm də Azərbaycan Voleybol Federasiyasının rəsmiləri ilə görüşdülər. Baş katib Faiq Orucov, vitse-prezident və qadınlardan ibarət yığmanın baş məşqçisi Faiq Qarayevlə görüşlər baş tutub. Azərbaycanın belə yarışları keçirməsi üçün böyük təcrübəsinin olduğu qeyd olundu. Bütün bunlar nəzərə alınaraq deyildi ki, təcrübə və potensial baxımından Avropa çempionatının final mərhələsinin oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunacağı heç kimdə şübhə doğurmur. Bundan sonra bu məsələlərlə bağlı müvafiq danışıqlar aparılacaq. Üç ay ərzində Avropa Voleybol Konfederasiyasının işgüzar qrupu gələcək. Yenidən lazım olan məsələlərlə bağlı AVF ilə müzakirələr aparılacaq. Bakıda olan zaman kişilər arasında Azərbaycan Yüksək Liqasının oyunlarını da izlədilər. Bu yarışın ən yüksək səviyyədə təşkil olunduğunu da qeyd etdilər".

Qeyd edək ki, Avropa çempionatı 2026-cı il 21 avqust - 5 sentyabr aralığında keçiriləcək. Bir qrupun matçları Milli Gimnastika Arenasında baş tutacaq. AVRO-2026-da ümumilikdə Avropanın 24 ən yaxşı komandası 4 qrupda mübarizə aparacaq. Digər qrupların oyunlarına Çexiya, İsveç və Türkiyə ev sahibliyi edəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Fevral 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri