Zorakılığa nəzarət siyasətin mərkəzində durur | Icma.az
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda zorakılıq yolu ilə hakimiyyəti dəyişmək çağırışları praktikada müxtəlif zamanlarda və müxtəlif siyasi şəraitlərə uyğun olaraq səsləndirilib.
Ölkə daxilində yaşayan bəzi siyasətçilər bu prosesi gizli formada aparıblar, xaricdəkilərə isə təlimatları buradan veriblər: “Çıxın küçələrə, qorxmayın, hakimiyyəti dəyişin”.
Bu cür çağırışları xüsusilə ölkəmizin milli maraqları ilə bağlı ən kritik siyasi qərarların verildiyi mərhələlərdə ediblər ki, ölkədə insanları çaşdırıb və əldə olunan uğurların qarşısını alsınlar.
Bəli, bu ağıldan və vicdandan məhrum olanlar zorakılıq yolu ilə prosesləri həyata keçirmək istəyiblər, lakin müdrik xalqımız heç vaxt belə vətən xainlərinə inanmayıb.
Ona görə hakimiyyət, yəni dövləti qoruyan, vicdanla dövlətə və dövlətçiliyə xidmət edən siyasi rəhbərlik və hüquq-mühafizə orqanları, bu zorakılıqların qarşısını almaq üçün tədbirlər planlarını həyata keçiriblər.
Bəzi siyasi zorakılıqla məşğul olan “dırnaq arası” siyasətçilərin həbs olunmasını siyasi məhbus kimi qələmə verənlər və onlara dəstək verənlər ölkə daxilindən və xaricindən fərqi yoxdur bu insanların xarakterindən istifadə edərək onları siyasi alver predmetinə çevirir və xəyanət yolu ilə siyasi və maliyyə kapitalı əldə etməyə çalışıblar.
Hakimiyyət isə dövlətin verdiyi səlahiyyətlərdən istifadə edərək bu aldadılmış və aldanmış şəxslərin davranışlarını lazımı həddə qədər nizamlayıb.
Tam oxu
Xəbəri oxu