Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

Zorakılığa nəzarət siyasətin mərkəzində durur

Zorakılığa nəzarət siyasətin mərkəzində durur

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Azərbaycanda zorakılıq yolu ilə hakimiyyəti dəyişmək çağırışları praktikada müxtəlif zamanlarda və müxtəlif siyasi şəraitlərə uyğun olaraq səsləndirilib. Ölkə daxilində yaşayan bəzi siyasətçilər bu prosesi gizli formada aparıblar, xaricdəkilərə isə təlimatları buradan veriblər: “Çıxın küçələrə, qorxmayın, hakimiyyəti dəyişin”. Bu cür çağırışları xüsusilə ölkəmizin milli maraqları ilə bağlı ən kritik siyasi qərarların verildiyi mərhələlərdə ediblər ki, ölkədə insanları çaşdırıb və əldə olunan uğurların qarşısını alsınlar. Bəli, bu ağıldan və vicdandan məhrum olanlar zorakılıq yolu ilə prosesləri həyata keçirmək istəyiblər, lakin müdrik xalqımız heç vaxt belə vətən xainlərinə inanmayıb. Ona görə hakimiyyət, yəni dövləti qoruyan, vicdanla dövlətə və dövlətçiliyə xidmət edən siyasi rəhbərlik və hüquq-mühafizə orqanları, bu zorakılıqların qarşısını almaq üçün tədbirlər planlarını həyata keçiriblər. Bəzi siyasi zorakılıqla məşğul olan “dırnaq arası” siyasətçilərin həbs olunmasını siyasi məhbus kimi qələmə verənlər və onlara dəstək verənlər ölkə daxilindən və xaricindən fərqi yoxdur bu insanların xarakterindən istifadə edərək onları siyasi alver predmetinə çevirir və xəyanət yolu ilə siyasi və maliyyə kapitalı əldə etməyə çalışıblar. Hakimiyyət isə dövlətin verdiyi səlahiyyətlərdən istifadə edərək bu aldadılmış və aldanmış şəxslərin davranışlarını lazımı həddə qədər nizamlayıb. Bu heç də siyasi rəqiblərlə mübarizə deyil; bu, zorakılığın qarşısını almaq üçün profilaktik tədbirlər planına uyğun, demokratik prinsiplərə söykənən idarəetmə metodudur. Əgər kimsə bundan narazıdırsa, ona sual etmək lazımdır: sənin zorakılıqla, kimlərinsə tapşırıqları ilə küçəyə çıxıb qanunsuz addımlar atanların qarşısını almaq üçün qanuni tədbirlər görülür, niyə narazısan? Sizin spekulyantlıq fəlsəfəsinə tam yiyələnib, o spekulyasiya etməyiniz indiki dövrdə qətiyyən yerimir. Ona görə də özü yıxılan ağlamaz. Siz özünüz-özünüzü idarə edə bilmədiniz və bu, heç kimin günahı deyil.
Dəyərli soydaşlar, siz fikir verin: hansı zamanlarda “çıxın küçələrə, dağıdın, sökün” çağırışları gəlib və xaricdən xain kuklaların çağırışlarını buradakı zorakılıq sevdalıları necə həyata keçirib. Ustalıqla.... Amma bu, o demək deyil ki, biz sizin gizli və məkrli planlarınızdan bixəbərik qətiyyən elə deyil. Sizin siyasi “dırnaq arası” taktikanız artıq köhnəlib. Dövləti, dövlətimizi və vətənimizi qorumaq üçün verilən qərarlar, atılan addımlar və edilən həbslər rəqiblə mübarizə deyil, rəqabət prinsiplərini pozmaq da deyil. Bunlar təhlükəsizliyimizə qarşı kənar müdaxilələrin qarşısını almaq üçün atılan addımlardır. Bu məsələləri hər zaman başqa cür yozanlara imkan verilməməlidir. Nəzərdə tutduğumuz həmin təbəqə özünü çox ədəbsiz, aqressiv və ağılsız manqurt kimi aparır. Bunun kifayət qədər səbəbləri var. Ən başlıcası isə özlərini idarə olunan sinfə aid etmələridir. O idarəetmədə inkişaf yoxdur; o idarəetmə dövlətə düşmən çevrilmə məktəbidir. O məktəblərdən çıxın çünki o məktəblər sizi uçuruma aparır. Silah, fiziki təzyiq, çevriliş və iğtişaşlar siyasi təfəkkürdən uzaq olmalıdır və belə zorakı üsullara qarşı siyasət daha sərt və dəqiq olmalıdır. Hər bir problemin qanuni dialoq və institusional yolları var. Siz dialoqdan qaçırsınız, qanundan yayınır, qanunu pozub siyasi fəallıq edirsiniz. Həbs olunanda isə özünüzü siyasi məhbus sayırsınız. Halbuki siyasi məhbus fikirinə görə həbs ediləndir və bu gün hər kəs öz fikrini sərbəst və azad şəkildə bildirir. Fikir bildirməyi də bacarmırsınız ədəbsiz, tərbiyəsiz və söyüşlü üsullarla mübarizə aparırsınız. Üstəlik, qanunsuz iğtişaşlara sövq edən dairələrin tapşırıqları ilə hərəkət edirsiniz. Sizin etdikləriniz cinayət məsuliyyəti yaradır, siyasi mövqe deyil. Heç kəs ölkədə siyasi sabitliyi poza bilməz, heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz. Bunların qarşısı mütləq alınacaq!
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Yanvar 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri