Zülal beyin sağlamlığının açarıdır

13.11.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Beynin yaxşı işləməsi üçün ona oksigen, zülal, yağlar və mürəkkəb karbohidratlar çatdırmaq vacibdir. Həkim Nikita Quryanov qeyd edib ki, biporsiyanın təxminən 50%-i nişastalı olmayan tərəvəzlərdən ibarət olmalıdır - məsələn, qarışıq salat, brokoli, ispanaq.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda life.ru ilə söhbətində danışıb.

"25%-i keyfiyyətli zülala ayrılmalıdır. Bunun üçün qril edilmiş balıq, toyuq döşü və ya mərcimək ideal seçimdir. Qalan təxminən 25%-i mürəkkəb karbohidratlarla doldurmaq tövsiyə olunur, məsələn, kinoa və ya bulqur. Bundan əlavə, salata bir xörək qaşığı zeytun yağı və ya bir ovuc qoz-fındıq əlavə etməklə sağlam yağlar təmin etmək olar. Belə qidalanma beyin funksiyalarını gücləndirir və enerji verir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью