Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Qürbətdəki bir qəbrimiz də artdı.
Ömrümün bir əziz parçası da qopub düşdü. Əbədilik gedən doğmalarımız, qəlbimizə məhrəm olanlar tək özləri getmirlər ki!
Hər gedən özü ilə bizi də hissə-hissə azaldır, tükədir, fərqində olsan da-olmasan da, hər ölənlə sən də biraz-biraz ölürsən.
Dünyanı, insanları bu cür həssaslıqla və dəqiq görüb-duymaq, duyduqlarını Azərbaycan dilinin ruhunu əsla incitmədən, hamıya bəlli sözlərlə heç kəsin hələ demədiyi sadəlik və axıcılıqla, hər kəsin ürəyindən xəbər verən incəliklə misralaşdıra bilmək və xəfif kədəri əskik olmayan gözlər ona atasından keçmişdi.
…Zülfüqar bu dünyada yarıyanlardan olmadı. Elə atası Rüfət Əhmədzadə də beləcə olmuşdu.
Son dəfə 1988-ci ilin 15 dekabrında ayrılıb işə getdiyi səhərdə atası əlinə cibinə atmışdı, olanını qardaşca oğlu ilə bölüşmüşdü.
3 manat özünə saxlamışdı, 3 manat Zülfüqara vermişdi. Həmin 3 manatın ağrısı da daim Zülfüqarla idi… Rüfət Əhmədzadə istedadlı adamdı, özü g
Amma nə həyatda, nə ədəbiyyatda layiq olduğu rahatlığı və yeri tutmaq ona nəsib oldu.