Icma.az
close
up
RU
Zülfüqarsızlıq Qürbətdəki bir qəbrimiz də artdı RƏFAEL HÜSEYNOV YAZIR

Zülfüqarsızlıq Qürbətdəki bir qəbrimiz də artdı RƏFAEL HÜSEYNOV YAZIR

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qürbətdəki bir qəbrimiz də artdı.
Ömrümün bir əziz parçası da qopub düşdü.
Əbədilik gedən doğmalarımız, qəlbimizə məhrəm olanlar tək özləri getmirlər ki!
Hər gedən özü ilə bizi də hissə-hissə azaldır, tükədir, fərqində olsan da-olmasan da, hər ölənlə sən də biraz-biraz ölürsən.
Dünyanı, insanları bu cür həssaslıqla və dəqiq görüb-duymaq, duyduqlarını Azərbaycan dilinin ruhunu əsla incitmədən, hamıya bəlli sözlərlə heç kəsin hələ demədiyi sadəlik və axıcılıqla, hər kəsin ürəyindən xəbər verən incəliklə misralaşdıra bilmək və xəfif kədəri əskik olmayan gözlər ona atasından keçmişdi.
…Zülfüqar bu dünyada yarıyanlardan olmadı.
Elə atası Rüfət Əhmədzadə də beləcə olmuşdu.
Son dəfə 1988-ci ilin 15 dekabrında ayrılıb işə getdiyi səhərdə atası əlinə cibinə atmışdı, olanını qardaşca oğlu ilə bölüşmüşdü.
3 manat özünə saxlamışdı, 3 manat Zülfüqara vermişdi.
Həmin 3 manatın ağrısı da daim Zülfüqarla idi…
Rüfət Əhmədzadə istedadlı adamdı, özü gücü ilə, sıxıntılardan adlaya-adlaya yüksəlmişdi, parlamışdı, etiraf olunmuşdu.
Amma nə həyatda, nə ədəbiyyatda layiq olduğu rahatlığı və yeri tutmaq ona nəsib oldu.
Hamı tanıyırdı, göz qabağında idi, çap olunurdu, sevilirdi, təqdir edilirdi. Amma yaşadığı həyat kimi bunlar hamısı hələ ortabab idi.
O, daha yaxşısını haqq edirdi.
Neyləməli ki, vaxt və tale bunları ondan əsirgədi.
Elə o özü də bu qismətlə barışan kimi idi və bəlkə gözlərindən əskik olmayan kədər də həmin səbəbdəndi.
Tanıdığımız oğlu və nəvəsi kimi duyğulu, bilikli, təzə fikirlərlə daşan, yenilikçi, xalqını çox sevən olduğundan, zamanında Zülfqarın babası (və adaşı), Rüfət Əhmədzadənin atası ilə də həm rejim, həm də elə çox vaxt rejimlərlə əlbir olan tale də kəc davranmışdı, o da sovet siyasi repressiyalarının güdazına gedənlərdən olmuşdu.
Üzdə deyilməsə də, sovet siyasi sisteminin hər şeyi görən gizli gözü olan KQB-nin dilində ata-babaları repressiyalara uğramışlar “incidilmişlər” sayılırdı.
Bəraət verilmişlərin övladlarını hər halda bu quruluş və siyasətdan tam razı olmayanlar kimi qavramaqda davam edirdilər.
Yəqin ki, elə haqlı da idilər.
Sındırılmış ömürlərin və talelərin yarası heç nə və heç vaxt tam sağaltmır.
Belə adamlar həmişə müəyyən qədər əks düşünən olaraq qalırlar.
O atanın oğlu, o babanın nəvəsi olan Zülfüqar demirəm ki, sovedtin dediyi mənada “başqacürdüşünən” idi.
Lakin Zülfüqarın fərqli düşünən olmasına şəkk yoxdur.
Həm fərqli görə, həm fərqli qavraya, həm də büsbütün fərqli ifadə edə bilirdi.
Zülfüqar peşəcə jurnalist idi və yaxşı jurnalist idi. Çünki fitrətdən istedadlı insandı. Qəzetçiliklə, müxbirliklə deyil, humanitar fəaliyyətin hansı sahəsi ilə məşğul olsaydı, seçiləcəkdi, üstün olacaqdı.
Ancaq onun yeri nə o digər sahələr idi, nə də hətta jurnalistika idi.
Radioçulqda, reportajçılıqda, qəzetçilikdə ondan bir az aşağı, bi az yuxarı kimlərsə olub, var, yenə olacaq.
Oralarda onun etdiklərini edə bilənlərin ikincisinə, üçüncüsünə, beşincisinə rast gəlmək olur və olacaq da.
Ancaq Allah Zülfüqarı ədəbiyyat üçün yaratmışdı.
Onun bütün başqa yazılara həsr etdiyi ömür də, vaxt da, ilham da, güc də itirdiklərimizdir, onun yazılmamış hansısa şeirləridir.
Zülfüqarın hər şeiri həmin şeirin fəlfəfəsinə sığmayacaq qədər düşüncə, duyğu, dərd daşıyandır.
Və hər şeiri təkrarsızdır.
Həm də təəssübkübkeşliklə həmişə Azərbaycan dilinin hər sözü və deyiminin keşiyində dayanan Zülfqar öz şeirlərində bu keşikçiliyin, dili bütün axıcılığı və rəvanlığı, dadı-duzu, içəridən böyükülüyü ilə istifadənin misilsiz örnəklərini doğururdu.
Onun hər şeiri sanki sətir-sətir yazılmayıb, bir bütöv kimi doğulub.
Həm də elə bil heç şeir kimi yaranmıayıb. Sanki onların hərəsi qəmgin bir bardın qüssəli nəğmələridir, ən dərdlisində də ümid işığı sozalan nəğmələr ki, bundan sonra həmişə bizimlə qalacaq.
(Dərdli şeirlərinin hər yenisini yazınca ona son illərdə get-gedə daha çox uğradığı nicatsızlıq kədərindən qurtarmaq, bu ovqatdan çıxarmaqçün elə həmin gecə daha ümidsaçan cavab şeirləri yazardım. Zəng vurardı ki, “bəs sən yatmırsan, bunu haçan oxudun, haçan cavab yazdın, aramızda da 4 saat fərq”).
Zülfüqarı mən Vaqif Səmədoğlu, Ramiz Rövşən, Fikrət Qoca ilə eyni ədəbi ruhun, elə onlar biçimli şair sayıram.
Ona görə də hey təkid edirdim ki, kitabını buraxaq ki, millət qiymətli bir şairini yaxından tanısın.
Önsözü yazmağı da özü məndən xahiş etmişdi.
Nə acı ki, o önsüz də yazılacaq, o kitab da çıxacaq, Zülfüdqar özüsə o kitabı görməyəcək.
Dəfələrlə Zülfüqardan rica edirdim ki, öz şeirləri toplularından savayı, ingilisdilli poeziyadan etdiyi seçmə şeirlərdən ibarət də bir kitab hazırlasın.
Əminəm, bunu peşəkar, işin içində olan, özü də bədii tərcümə ilə məşğul bir adam kimi deyirəm – ingilis poeziyasını Azərbaycan dilinə Zülfüqar kimi indiyədək bunca gözəllik və təbiilikdə çevirən olmayıb. Sanki o ingilis şairləri həmin qoşquları özləri ingiliscə düşünərək bizim dildə qələmə alıblar.
…Ordan, artıq uçub çatmış olduğu Cənnətdən bəlkə də həssas Zülfüqar bu gün bütün tanıyanların ondan ötrü necə yandığını görür, sabahlarda onsuz buraxacağımız kitabından da xəbərdar olacaq.
Amma nə fayda! O Zülfüqar ki, artıq bizim deyil. Nə əlimiz çatır, nə səsimiz.
Ora uçmağın yolu neçə saatdır, neçə saniyədir – nə bilək!
Oralara çatınca bəlkə də hər şeyin burdakından fərqli olaraq haphamar, ifrat ahəngdar, adətkərdə olmadığı bezdirəcək qədər səliqəli, ütülülüyü ürək sıxan Cənnətdə artıq usanıb, erkən tərk edib getdiyi, bütün qatmaqarışıqlığı, acılarının və ədalətsizliklərinin daha çox olması ilə yanaşı bir şairçün daha yaşamalı əvvəlki yerinə, bizim yanımıza qayıtmağı arzulayır?
Həyatdakı çox gözəl istəkləri kimi bu diləyi də daha heç zaman gerçəkləşən deyil.
…Heç bir ay olmaz.
Dostum Rasim Müzəffərli ilə şam edirdik. Adətən belə birgə olduğumuz anlarda çox vaxt İstanbuldan İbrahim Nəbioğlunu, Londondan Zülfüqarı da məclsimizə qoşar, onlarla görüntülü telefon bağlantısı qurardıq.
Ancaq o axşam nədirsə Zülfüqar özü zəng vurdu.
Xəstəlikdən daha çox qəbul etdiyi dərmanlardan bir az şikayətlənsə də, hiss edirdim ki, bacardıqca gümrah, xoş ovqatlı təsir bağışlamağa çalışır, nikbin danışır.
Dalağım sancdı. Bu zəngi xudafizləşmək, vida zəngi kimi qəbul etdim.
Rasimə deməyə ürəyim gəlmədi.
Dünən Rasimlə danışanda həmin gün fikrimdən keçmişləri etitaf etdim…
…Dünən Zülfüqarın qardaşı Rəşadla danışırdım.
Sən demə Zülfüqar tək mənə yox, son günlərdə qəlbinə yaxın bildiyi bir neçə başqa adama da beləcə zəng çalaraq hal-əhval tuturmuş.
Üstünü vurmurmuş, heç kimi əsl vəziyyətindən hali edərək qüssə artırmaq istəmirmiş, ancaq özü duyurmuş ki, ölüm lap astanadadır.
Sağollaşırmış bizimlə əziz qardaşımız…
…Bu fotolar ki, yanaşı oturmuşuq, dərdləşirik, birgəliyimizdən xoşbəxtik, artıq tarixdir.
Daha heç vaxt birlikdə ola bilməyəcəyik.
…Bütün bunları yazıram və heç vəchlə inana bilmirəm, inanmaq istəmirəm ki, artıq Zülfüqar yoxdur.
Bu cümləni də ürəyim sıyrıla-sıyrıla yazıram…

Rəfael Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see169

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see140

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see128

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see127

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see125

Federal Ehtiyatlar Sisteminin sədri yalan danışıb

22 İyul 2025 08:35see125

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see125

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see122

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see122

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see122

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see121

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see120

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see119

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see117

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see117

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see117

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see115

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see113

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see113

Kilsə “başını kəsin” deyir: Ermənistan baş nazirinin həyatı təhlükə altındadır

22 İyul 2025 10:42see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri