Zurabişvili geri addım atdı

29.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Salome Zurabişvili prezident iqamətgahı olan Orbelianı sarayını tərk etmək barədə qərar qəbul edib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, o bu haqda iqamətgahının önündə toplaşan tərəfdaşlarına müraciətində danışıb. 

Onun sözlərinə görə, ölkənin yeni seçilən Prezidenti Mixail Kavelaşvili vəzifəsinin icrasına başladıqda prezident sarayını tərk edəcək. 

Xatırladaq ki, hazırda Gürcüstan parlamentində Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilir. Salome Zurabişvili isə bundan əvvəl iqamətgahı tərk etməyəcəyini bildirmişdi.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью