Zurabişvili geri addım atdı
Salome Zurabişvili prezident iqamətgahı olan Orbelianı sarayını tərk etmək barədə qərar qəbul edib.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, o bu haqda iqamətgahının önündə toplaşan tərəfdaşlarına müraciətində danışıb.
Onun sözlərinə görə, ölkənin yeni seçilən Prezidenti Mixail Kavelaşvili vəzifəsinin icrasına başladıqda prezident sarayını tərk edəcək.
Xatırladaq ki, hazırda Gürcüstan parlamentində Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilir. Salome Zurabişvili isə bundan əvvəl iqamətgahı tərk etməyəcəyini bildirmişdi.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:52
Mənbə:https://cebheinfo.az