Icma.az
close
up
RU
1 200 manatdan başlayan qiymətlə 24 nəqliyyat vasitəsi satışa çıxarılır (SİYAHI)

1 200 manatdan başlayan qiymətlə 24 nəqliyyat vasitəsi satışa çıxarılır (SİYAHI)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

25 noyabr tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti nəqliyyat vasitələrinin hərracı keçiriləcək.

Valyuta.az xəbər verir ki, hərraca ümumilikdə 24 nəqliyyat vasitəsi çıxarılacaq. 

Satışa çıxarılan nəqliyyat vasitələri arasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks” Birliyinə məxsus 2006-cı il buraxılışlı "QAZ 322131-95” mikroavtobusu 4 125 manat, həmçinin 2012-ci il istehsalı olan iki ədəd "İSUZU EcoBus” avtobusu isə 16 500 manatdan təklif olunur.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Zuğulba” İqamətgahına məxsus 1991-ci il buraxılışlı "ZİL-MMZ-4502” yük avtomobilinin ilkin satış qiyməti 3 450 manat müəyyən edilib.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına aid nəqliyyat vasitələri arasında 2005-ci il istehsalı "Mitsubishi Pajero” minik avtomobili 8 850 manata, 2011-ci il buraxılışlı "Mercedes-Benz S350” isə 12 400 manata hərraca çıxarılacaq.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin balansında olan 1984-cü il buraxılışlı təkərli traktor "MTZ-80” üçün start qiyməti 1 550 manatdır.

Prezidentin İşlər İdarəsinin digər nəqliyyat vasitəsi olan 2006-cı il buraxılışlı "BMW 740Li” minik avtomobili 8 500 manatdan satışa çıxarılır. Milli Məclisin İşlər İdarəsinə məxsus 2006-cı il istehsalı "Toyota Avalon” minik avtomobilinin qiyməti isə 5 500 manat təşkil edir.

Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin istifadəsində olan müxtəlif təlim avtomobilləri - "VAZ”, "FIAT Albea Sole” və "TOFAŞ Şahin” modelləri ümumilikdə 23 350 manat ilkin qiymətlə təklif olunur.

Azərbaycan Respublikasının Baş Prokurorluğuna məxsus 2012-ci il buraxılışlı "Audi A4” minik avtomobilləri 9 450-10 350 manat arası, 2011-ci il istehsalı "Volkswagen Passat” modelləri isə 6 750-7 650 manat arası qiymətlə satışa çıxarılacaq.

Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 2008-ci il istehsalı "Volvo S80” avtomobili 9 450 manata təklif olunur.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında olan nəqliyyat vasitələri arasında 2003-2005-ci illərdə istehsal edilmiş bir neçə "QAZ-3308” yük avtomobili 46 800–52 650 manat arası qiymətlə hərraca çıxarılıb. Nazirliyin digər avtomobilləri - 1984-cü il buraxılışlı "ZİL-131” 8 000 manata, 2004-cü il buraxılışlı "QAZ-31105” 1 200 manata və "UAZ-31512” isə 1 500 manata satışa təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri