Icma.az
close
up
RU
1 gündə 3 zəlzələ: Azərbaycanda seysmik aktivlik dövrü YAŞANIR

1 gündə 3 zəlzələ: Azərbaycanda seysmik aktivlik dövrü YAŞANIR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Fevralın 27-28-də Azərbaycanda bir neçə zəif maqnitudalı zəlzələ qeydə alınıb.

Belə ki, ötən gün İsmayıllı rayonunda 3,3 maqnitudalı yeraltı təkan baş verib, ocağı 46 km dərinlikdə yerləşib. Həmin gün Xəzər dənizində də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Fevralın 28-də isə yenə İsmayıllı rayonunda zəlzələ baş verib – yerli vaxtla saat 07:49-da qeydə alınan təkanların maqnitudası 3 olub, ocağı isə 3 km dərinlikdə yerləşib.

Zəlzələlər hiss olunmayıb və hər hansı fəsad törətməyib.

Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, təşvişə səbəb yoxdur:

“Bu bir dövrlükdür, mən hər zaman qeyd edirəm ki, tektonik-seysmik aktivlik müəyyən dövrlük müşahidə olunur. Xəzər dənizi ən mürəkkəb tektonik zonalardan biridir. Burada bir neçə qovşaqlar mövcuddur. Beləliklə Xəzər dənizi ərazisi seysmik ocaqlarla zəngindir. Bütün ərazi boyu, şimal, orta və cənub hissəsi seysmik ocaqlar mövcuddur. Təbii ki, mütəmadi olaraq zəlzələlər baş verəcək. Hər zaman deyirəm ki, hiss olunan zəlzələlər il boyu qaçılmazdır”.

Onun sözlərinə görə, nəinki Azərbaycanda, bütün dünyada tektonik və seysmik aktivlik dövrü yaşanır:

“Gördüyünüz kimi Egey dənizində bir qədər müddət əvvəl ardıcıl olaraq güclü zəlzələlər baş verdi. Türkiyə, Yunanıstan, İtaliya və digər ölkələr silkələndi. Azərbaycanda yer hərəkətləri o dərəcədə intensiv sürətlə baş vermir. Hərəkət var, amma intensiv sürətdə deyil. Qonşu ölkələrlə müqayisədə bizdə intensiv sürət yoxdur. Ona görə də dağıdıcı zəlzələlər gözlənilmir. Amma hiss olunan zəlzələlər qaçılmazdır. Bu zəlzələlər 4, 4.5 maqnitudalı da ola bilər. Qonşu ərazilərdə seysmik ocaqlar aktivləşən zaman Azərbaycan ərazisinin sabit qalması mümkün deyil. Bu fiziki qanunlara da ziddir, qonşu ərazilərdə silkələnmə varsa, ola bilməz ki, Azərbaycan sabit qalsın. Nəzərə alsaq ki, Azərbaycan ərazisi seysmik ərazi sayılır, dövrülik daxilində hiss olunan zəlzələlər baş verə bilər, amma təşvişə səbəb yoxdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri