1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İtaliyanın cənubunda, Siciliya adasında seysmik təkanlar qeydə alınmaqda davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Ansa.it” saytı məlumat yayıb.
Sonuncu zəlzələnin maqnitudası 5,5 olub, episentri isə Eol adalarının şimal-qərbində, Tirren dənizinin cənub hissəsində yerləşib.
Milli Geofizika və Vulkanologiya İnstitutunun Zəlzələlər Departamentinin direktoru, seysmoloq Salvatore Stramondonun sözlərinə görə, bir həftə ərzində adanın sahilləri yaxınlığında 60 zəlzələ qeydə alınıb. Təkcə cümə günü həmin ərazidə 15 zəlzələ baş verib.
Baxış sayı:135
Bu xəbər 23 Oktyabr 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















