1 idmançımızın 4 medalı
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanında təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında atletika yarışlarına da start verilib.
Milli komandamızın üzvlərindən ilk olaraq Yekaterina Sariyeva mübarizəyə qoşulub. Üç təkanla tullanma növündə mübarizə aparan atletimiz uğurlu çıxışla yadda qalıb. Sariyevanın ən yaxşı göstəricisi 13,84 metr olub. Bu nəticə ilə Yekaterina mötəbər yarışda bürünc medala sahib çıxıb. Qeyd edək ki, bu, idmançımızın İslam Həmrəyliyi Oyunlarında 4-cü medalıdır. Sariyeva 2013-cü ildə Palembanqda qızıl, 2021-ci ildə Konyada gümüş, 2017-ci ildə Bakıda bürünc medal qazanmışdı.
Qabil YUSİFOĞLU
XQ
Baxış sayı:99
Bu xəbər 19 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















