1 milyona ev, 440 minə cip alan rektorun akademiyadakı milyonluq xərci SİYAHI
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fuad Hacıyevin rektor olduğu Azərbaycan İdman Akademiyası” PHŞ-nin bu il ərzində bağladığı tenderlərlə bağlı 32gun.az araşdırma aparıb.
Heç bir rayonda, bölgələrdə filialı olmayan Akademiya bu il ərzində müxtəlif tenderlər üzrə 1 milyon manatdan çox vəsait xərcləyib.
2025-ci il üçün Akademiyada 7,284 tələbə təhsil alır, onlardan 771 nəfəri qızdır. Akademiyada 297 professor-müəllim çalışır, o cümlədən 4 elmlər doktoru, 34 elmlər namizədi-professor, 9 professor, 20 elmlər namizədi dosent, 20 dosent, 293 müəllim və baş müəllim fəaliyyət göstərir.
Bağlanmış tender müqavilələrinin siyahısını təqdim edirik:
Toyota Absheron Center MMC – Toyota avtomobillərinə servis xidməti – 1.250,35 AZN
Transevrokom MMC – 400 mb/s optik internet xidməti – 22.800 AZN
ULTRA TECHNOLOGİES MMC – Maşın və avadanlıqlar – 250.559,43 AZN
TC2 Labs LLC – TC2-19 Body Scanner üçün 1 illik lisenziya – 4.250 AZN
OFİS-A.M. MMC – Tədbirlərdə istifadə üçün içməli su – 4.307 AZN
PREMYER PRODAKŞİN MMC – Novruz bayramı tədbiri – 10.453,62 AZN
KONVEN MMC – Qazanxana və havalandırma sistemlərinin servisi – 47.270 AZN
FİRE GROUP MMC – Yanğından mühafizə xidməti – 4.224,99 AZN
CARGO.AZ MMC – Təmizlik xidməti – 1.000 AZN
Azərinşaatlayihə Dövlət Baş Layihə-konstruktor və Texnoloji İnstitutu – Liftin metal konstruksiyasının müayinəsi – 15.200 AZN
AZ Texno Engineering MMC – Qazanxana üçün su nasosu – 2.501,6 AZN
VIVA MEDICAL GROUP MMC – Tibbi avadanlıqlar və sərfiyyatlar – 72.154,71 AZN
SİNAM MMC – SERP proqram təminatına texniki dəstək – 16.992 AZN
NUR-E.A. MMC – Mətbəə məhsulları – 56.425,6 AZN
TEXNOPARK AS MMC – İdman malları – 68.814,06 AZN
Education in Azerbaijan MMC – Xarici tələbələrin cəlb olunması və beynəlxalq əlaqələr – 103.250 AZN
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi – Ekspertiza işləri – 1.011,38 AZN
PLAGİAT.PL MMC – Plagiat yoxlaması və texniki dəstək – 4.838 AZN
Azpetrol Ltd. MMC – Yanacaq alışı – 54.400 AZN
MAİN SUPPLY MMC – İzolyasiya malları – 12.388,94 AZN
BEST TECH MMC – Kartric, toner və ehtiyat hissələri – 61.554,7 AZN
OFİS-A.M. MMC – Bədii tərtibat işləri üçün elementlər – 14.956,5 AZN
Firuzə Əsgərzadə – Güllər – 3.700 AZN
Tenderlər üzrə ümumi xərclənən məbləğ: 1.035.048,38 AZN.
Bu qədər böyük vəsaitin hansı meyarlarla paylanması, hansı şirkətlərə verilməsi hələ də açıqlanmır. Akademiyada filialın olmaması, tələbə sayı ilə müqayisədə bu xərclərin miqyası ciddi suallar doğurur.
Xatırladaq ki, 2021-ci ildə mediada Fuad Hacıyevin milyonluq villası və bahalı avtomobili ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, rektorun Xətai rayonunda yaşadığı mənzilin yaxınlığında əlavə olaraq dəyəri təxminən 1 milyon manat olan daha bir villası mövcuddur.
Bundan başqa, onun 440 min manat (259 min dollar) dəyərində son model “Range Rover” markalı avtomobil aldığı qeyd olunurdu. “10 CN 394” dövlət nömrə nişanlı avtomobil həyat yoldaşı Cəmilə İbrahimovanın adına rəsmiləşdirilib, Fuad Hacıyev isə avtomobili etibarnamə ilə idarə edib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 Noyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















