Icma.az
close
up
RU
1 milyondan çox mənimsəmədə təqsirləndirilən kapitan 104 min ödədi MƏHKƏMƏ

1 milyondan çox mənimsəmədə təqsirləndirilən kapitan 104 min ödədi MƏHKƏMƏ

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə mənimsəməyə görə tutulan sabiq maliyyə xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenicag.az-ın “Report”a istinadən məlumatına görə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun vəkili Nəsib Niftəliyev məhkəməyə vəsatət təqdim edib.

Vəkil vəsatətində müdafiə etdiyi şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.

“Müdafiə etdiyim şəxs həbs olunmamışdan əvvəl xaricdə idi. O, həbs olunacağını bilə-bilə Azərbaycana qayıdıb. Həmçinin onun istintaq dövründə mənimsənilən məbləğdən ödədiyi 104 min manatın da yüngülləşdirici hal kimi qəbul edilməyini və müvvəkkilimin ev dustaqlığına buraxılmasını xahiş edirəm”, – müdafiəçi vəsatətini əsaslandırarkən deyib.

Məhkəmə hazırkı mərhələdə vəsatəti təmin etməyib.

Daha sonra ittiham aktı elan edilib.

İttihama görə, Vahid Novruzlu xidmət etdiyi müxtəlif hərbi hissələrdə vəzifəsi hərbi qulluqçuların pul vəsaitlərinin vaxtında təmin etmək, Müdafiə Nazirliyinin təsdiq etdiyi maliyyə smetasına, həmçinin hərbi hissədə xəzinə intizamına riayət etmək, maliyyə nöqsanlarını araşdırıb aradan qaldırmaq, qoşun növünə daxil olan pul vəsaitlərini hesablamaq və digər vəzifə öhdəlikləri olduğu halda o bu öhdəlikləri yerinə yetirməyib.

İttihamda bildirilib ki, təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovla əlaqəyə girərək hərbçilərin pul paylama cədvəlinə düzgün riayət etməyib. O, müxtəlif yolarla işlədiyi bir hərbi hissədən 848 min 338 manat mənimsəməkdə ittiham olunub.

Həmçinin ittihamda qeyd olunub ki, Vahid Novruzlu işlədiyi digər hərbi hissədə hərbi xidmətdə olmayan şəxslərin plastik kartlarına vəsait köçürüb. O həmin hərbi hissədən də müxtəlif yollarla 381 min 755 manat mənimsəməkdə təqsirləndirilib.

Vahid Novruzluya qarşı irəli sürülən digər ittiham isə xidmət etdiyi hərbi hissəni öz başına tərk etməsi ilə bağlıdır. İttihama görə, o, 2024-cü ildə üzürlü səbəb olmadan xidmət etdiyi hərbi hissəyə geri qayıtmayıb.

İttihama münasibət bildirən V. Novruzlu özünü qismən təqsirli bilib. O, deyib ki, hərbi qulluqçu kimi üst rəislərinin tapşırıqlarını icra edib.

Məhkəmənin növbəti iclası aprelin 4-ə təyin olunub.

Qeyd edək ki, V. Novruzlu Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (Vəzifə saxtakarlığı), 333.4 (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddələri ilə ittiham irəli sürülüb.

Sabiq maliyyə xidmət rəisi barəsində DTX-nin İstintaq baş idarəsinin vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.

V. Novruzlu Müdafiə Nazirliyini mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Mart 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri