Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

1 milyonluq qan pulu işi körpələr müalicəsizlikdən dünyasını dəyişib!

1 milyonluq qan pulu işi körpələr müalicəsizlikdən dünyasını dəyişib!

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün, fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hazırda zərərçəkən valideynlərin ifadələri dinlənilir.

İş üzrə 36 nəfər zərərçəkən var. Valideynlər uşaqlarının mübtəla olduqları ağır qan xərçəngindən qurtulmaları üçün çıxış yolu axtararkən müalicə üçün topladıqları pullar da əllərindən çıxarılıb. Nəticədə müalicəsizlikdən dünyasını dəyişən körpələr də var. Bu, son dərəcə qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə ümumilikdə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib.

Bu qalmaqallı məhkəmə prosesi aylardır ki, davam edir. Son proses də zərərçəkmişlərin dindirilməsi ilə davam etdirilib. Yada salaq ki, bundan əvvəlki prosesdə zərərçəkən Ramin Dadaşov ifadə vermişdi. Demişdi ki, bir övladı talassemiya xəstəliyindən dünyasını dəyişib: "Daha sonra ikinci uşağım dünyaya gəldi. Onda da talassemiya tapıldı. Aysel Məmmədova ilə danışıb vəziyyəti izah etdim. Dedi ki, əməliyyat üçün 80 min dollardan artıq vəsait lazımdır. Daha sonra qohumum Mayis Bayramova 30 min dollar verdim ki, Nuridəyə versin. O, 30 min dollar pulu Toğrulun yanında Nuridəyə vermişdi. Mayisin oğlu da xərçəng xəstəsi idi. Bu səbəbdən Nuridəgili tanıyırdı. Daha sonra talassemiya qrupunda Nuridənin ölkədən qaçdığı barədə məlumat oxudum. Ayseldən soruşanda dedi ki, Nuridə həbs olunub. Aysel Məmmədovanın dayısı mənə 15 min manat qaytarıb. Hazırda hər iki şəxsdən qalan 36 min manatı tələb edirəm".

Zərərçəkən Kəmalə Nuriyeva isə deyib ki, xəstə övladını Talassemiya Mərkəzində qan köçürməyə apararkən yardım edən şirkətlə bağlı xəbərlər eşidib və orada Aynur Bayramova ilə tanış olub: "Aynur Bayramova mənə yardım edəcəyini söylədi. Bir müddət sonra zəng edib donorun tapıldığını söyləyib məni o qədər sevindirdi ki, elə bildim yenidən dünyaya gəlmişəm. Düşünürdüm ki, o, bir mələkdir. Dedi ki, 93 min dollar donorun qiymətidir. Lakin aksiya var, 20 min dollar versəm kifayətdir. Nəyim varsa satdım. Tək anayam və o, tək övladımdır deyə bütün qohumlarım mənə pul göndərdilər. Mən hazırda bu pulu Aynur Bayramova və Nuridə Seyidovadan tələb edirəm".

Zərərçəkən Solmaz Eyvazova bildirib ki, o, xəstə nəvəsinə donor axtarılması üçün Aysel Məmmədovaya 6 800 manat pul ödəyib. Bir müddət sonra isə uşaqların müalicə üçün göndərilməsi ilə məşğul olduğunu iddia edən Aynur Bayramova ilə tanış olub: "İttiham olunan hər üç şəxslə bu məsələni danışdım. Aysel Məmmədova məndən 30 min dollar pul istədi. Aynur Bayramova isə 15 min dolların kifayət edəcəyini dedi. Mən 25 min 500 manatı Nuridə Seyidovaya verdim. Yan otaqdan bir oğlan gəlib saydı. Mən 15 min dolları Nuridə Seyidovadan, 6 min 800 manatı Aysel Məmmədovadan tələb edirəm".

Nuridə Seyidova pulu aldığını etiraf edib, lakin pulu Aynur Bayramovaya verdiyini deyib. Aynur Bayramova isə həmin vaxt Türkiyədə olduğunu bildirib. Digər zərərçəkən Ceyran Musayeva nəvəsinin talassemiya xəstəsi olduğunu açıqlayıb. O da Aynur Bayramova ilə Talassemiya Mərkəzində tanış olduğunu deyib: "Aynur Bayramova və onun vasitəsilə tanış olduğum Nuridə Seyidova ilə kafedə oturmuşduq. Onlara əlimdə olan 20 min manat pulu verdim. Aynur Bayramova da dedi ki, gətir, 300 dollar da ver, nəvənin qanını götürüm, gedim donor axtarım. Daha sonra dedi ki, donor Polşadan tapılıb. Qızım o zaman hamilə idi. Onun övladı dünyaya gəldikdən sonra bunlardan səs çıxmadı. Qızım da kürəkənimlə birgə Samsuna getdilər. Orada öyrəndilər ki, adımıza pul köçürülməyib. Orada da çox xərcimiz çıxdı. Hazırda 20 mini və Samsunda xərclədiyim 13 mini Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm”.

Zərərçəkən Faiq Nəcəfov demişdi ki, övladı talassemiya xəstəsidir, eşidib ki, bu xəstələri müalicəyə göndərən şirkət var: “Aynur xanımın nömrəsini verdilər, dedilər ki, onunla əlaqə saxla. Nömrəni yoldaşıma verdim, o da danışdı. Aynur xanım dedi ki, yaxşı həkimlər var, müalicə edilər. Bizə hesab göndərdilər. Dedilər ki, müalicə üçün 10 min dollar pul lazımdır. Bunu bizə Aynur xanım dedi. Əvvəlcə 3 min manatı “Çinar Plaza”da verdik. Nuridə xanımı oarada gördüm. Dedilər, şirkətin rəhbəridir. Biz 3 min manat verdik. Qalan 7 min dolları sponsor ödəyəcəkdi. Amma sponsorun adını demədilər, dedilər ki, xeyirxah işlər görür. Sonra 2500 manat verdim. Pulu Nuridə aparatda saydı, götürdü”.

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin dekabrın 7-də uşağı Türkiyəyə müalicəyə göndərəcəkdilər: “Amma sonra səs çıxmadı. Gördük ki, bunlar işi uzadırlar. Mən Aynur xanımla əlaqə saxladım. Dedi ki, Nuridədən ayrılıb, onunla əlaqəsi yoxdur. Mənə dedilər ki, şikayətçi çoxdur. Mən də Nərimanovda ofisdə ərizə yazdım, vəd verdilər ki, 15 iş gününə pul qayıdacaq. Nuridə xanım dedi ki, ərizə yaz, pulunu geri qaytaracaqlar. Mən də ofisdə Aysel xanımın yanında ərizə yazmışdım. Sonra eşitdim ki, Nuridə həbs olunub. Mən şikayətçi kimi istintaqa cəlb olundum”.

Zərərçəkmiş bildirib ki, pulun ödənilməsi ilə bağlı ona müqavilə verilib, amma pulun ödəndiyini təsdiq edən çek verilməyib. Zərərçəkmiş deyib ki, Aynur Bayramova ona köməklik göstərəcəyini vəd edib. Pulu Nuridə və Aynurun yanında stolun üstünə qoyub. Daha sonra zərərçəkmiş Kamil Əhmədov ifadə verib. O bildirib ki, həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkir.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək onların övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib.

Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb. Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 min 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 min, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 min 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 min manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb. Övladları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir. Hər 3 müttəhimə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.//musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Fevral 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri