Icma.az
close
up
RU
1 qramı 5000 dollardan başlayır: Qazaxıstanda dünyanın ən bahalı metalı hasil olunur

1 qramı 5000 dollardan başlayır: Qazaxıstanda dünyanın ən bahalı metalı hasil olunur

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırda Qazaxıstan dünyada ən bahalı hesab edilən osmium-187-nin yeganə ixracatçısıdır. 2025-ci ilə olan məlumata görə, bu metanın bir qramı 5000 dollardan başlayaraq 10 000 dollara qədər bahalaşa bilir. 

Qaynarifno xəbər verir ki, bu barədə "el.kz" portalı yazır.

Osmium-187 nadir izotoplara aid edilir və gümüşü-ağ, mavi çalarlı metaldır. Onun bu qədər astronomik qiymətə malik olması yalnız estetik görünüşü ilə deyil, həm də əlçatanlığının məhdudluğu ilə əlaqələndirilir. Məsələn, Qazaxıstan onu ixrac etməyə başlamamışdan əvvəl osmium-187-nin bir qramının qiyməti 100–200 min dollara qədər yüksəlirdi.

Bununla belə, Qazaxıstanın yeganə ixracatçı ölkə kimi bazarı stabilləşdirdiyi bildirilir. Buna baxmayaraq, bu metal hazırda qızıldan 300, platindən isə 400 dəfə bahadır.


Qazaxıstanda osmium-187 əsasən Ulıtau vilayətindəki filiz yataqlarından çıxarılır. Orada bu metal unikal konsentrasiyada yerləşir – 100 qram filizdən cəmi 0,02% osmium əldə olunur ki, bu da dünyada ən yüksək göstəricilərdən biri hesab edilir.

Metalin hasilatı və təmizlənməsi prosesi son dərəcə mürəkkəbdir. Çünki işlənməmiş formada osmium-187 toksik xüsusiyyət daşıyır. Bu səbəbdən, onun emalı dəqiqlik, qabaqcıl texnologiyalar və ciddi nəzarət tələb edir.

Nəşrdə qeyd olunur ki, osmium-187-nin dəyəri yalnız nadir olması ilə deyil, həm də unikal fiziki və kimyəvi xüsusiyyətləri ilə bağlıdır. Osmium əsaslı ərintilər yüksək möhkəmlikli detalların, o cümlədən kosmik gəmi hissələrinin hazırlanmasında istifadə olunur.

Bundan əlavə, bu metal dərmanların, o cümlədən kortizonun sintezində katalizator kimi istifadə olunur və tibbi implantlarda tətbiq edilir. Hətta brilyant səpintisini xatırladan osmium kristalları eksklüziv zinət əşyalarının hazırlanmasında istifadə olunur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyul 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri