Icma.az
close
up
RU
1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu Hüquqi xidmətlərdə yeni SƏHİFƏ VİDEO

1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu Hüquqi xidmətlərdə yeni SƏHİFƏ VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Son illər hüquqi yardımın keyfiyyətinin artırılması və vətəndaşların vəkil xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Görülən işlər çərçivəsində Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib.
Tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, vəkillər və büro əməkdaşları iştirak ediblər.
 

Açılış mərasimində Bakı şəhəri 1 saylı Vəkil Bürosunun rəhbəri İlqar Bəhrəmiyyə büro barədə ətraflı məlumat verərək bildirib ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, giriş 225 ünvanında müasir standartlara uyğun şəkildə qurulan ofis vəkillərin peşə fəaliyyətinin səmərəli təşkili üçün bütün zəruri şəraitlə təmin edilib.


Ümumi sahəsi 216 kvm olan büroda geniş və işıqlı vəkil otaqları, konfidensial görüş üçün ayrıca otaq, konfrans zalı, mühasibat otağı mövcuddur.  Otaqlar müasir texniki avadanlıqlar və mebellə təchiz olunub, vəkillərin istirahəti, vətəndaşların qəbulu üçün rahat imkanlar yaradılıb.
Daha sonra açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov  büronun yeni inzibati binasının açılmasını hüquq sisteminin inkişafı baxımından mühüm addım kimi dəyərləndirib. Vəkillik fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini qeyd edib. O bildirib ki, yeni inzibati binanın fəaliyyəti ölkədə hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına xususi töhfə verəcək.
 

Anar Bağırov bildirib ki, hazırda ölkə üzrə fəaliyyət göstərən vəkil bürolarının sayı 144-ə çatıb və bu qurumların hamısı beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təmin olunub. Qeyd edilib ki, bu addımlar vətəndaşların keyfiyyətli və əlçatan hüquqi yardımla təmin edilməsinə xidmət göstərir.


Eyni zamanda Anar Bağırov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 28 dekabr tarixinin Vəkil Günü kimi təsbit edilməsi ölkəmizdə vəkillik institutuna, vəkillərin peşəkar fəaliyyətinə və onların ədalət mühakiməsinin təmin olunmasında mühüm roluna göstərilən yüksək dövlət diqqətinin və dəyərin bariz nümunəsidir.
A.Bağırovun nitqindən bir hissə
Sonda büronun müdiri İlqar Bəhrəmiyyə diqqətə çatdırıb ki, yeni qurumun əsas məqsədi vətəndaşlara peşəkar, şəffaf və əlçatan hüquqi xidmətlərin göstərilməsidir. Onun sözlərinə görə, burada mülki, cinayət, inzibati, ailə və əmək hüququ sahələrində vətəndaşlara xidmət göstəriləcək. İ.Bəhrəmiyyə qeyd edib ki, büroda həssas qrupdan olan, eləcə də aztəminatlı vətəndaşlar üçün pulsuz və güzəştli hüquqi yardım xidmətləri də nəzərdə tutulur.
İ.Bəhrəmiyyənin açıqlaması
Sonda yeni binaya Vəkillər Kollegiyasının adından hədiyyələr təqdim olunub.


Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Dekabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri