Icma.az
close
up
RU
1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Alma və digər meyvələrdən qat-qat böyük, hətta 1000 kiloqrama qədər çata bilən balqabaqların sirri bioloqlar tərəfindən açılıb. 

Qaynarinfo xəbər verir ki, sərhədsiz böyümə genetikası, yer səthində yetişməsi və qidaları daşıyan "super güclü” damar sistemi bu meyvəni təbiətin ən nəhəng məhsuluna çevirir.

Hər payızda balqabaq yetişdiricilərinin rekord qıran məhsullarını tərəzilərə çıxarması artıq bir ənənəyə çevrilib. Bəzi balqabaqların çəkisi 1225 kiloqramı aşır. Müqayisə üçün, dünyanın ən böyük alması cəmi 1,8 kiloqram, ən ağır meşə zoğalı isə 30 qramdan azdır. Bu fərq bioloqları və botanika mütəxəssislərini düşündürür: Niyə digər meyvələr kiçik qalır, amma balqabaqlar bu qədər nəhəng böyüyə bilir?

Texas Texnologiya Universitetindən Vikram Baliqa və Minnesota Dulut Universitetindən Cessika Sevicin araşdırmaları bu nəhəng böyümənin arxasındakı genetik və becərmə sirlərini üzə çıxarıb. "Mamut” və "Atlantik nəhəngi” kimi balqabaq növləri bu məqsədlə - ekstremal ölçülərə çatmaq üçün – xüsusi yetişdirilib.

Sərhədsiz böyümənin dörd əsas sirri


1. Qeyri-müəyyən (sonsuz) böyümə qabiliyyəti

Balqabaqların bu qədər böyük olmasının əsas səbəbi onların qeyri-məhdud böyüyən (indeterminate) bitkilər olmasıdır. Məsələn, müəyyən növlər müəyyən hüdudda böyüyüb dayanır, lakin balqabaq bitkisi genetik məhdudiyyət olmadan inkişafını davam etdirə bilər. Baliqa izah edir: "Bəzən bir balqabaq bitkisi bütün bağçanı bürüyür. Onun məqsədi mümkün qədər çox biomassa (yarpaq və gövdə) yaratmaqdır". Bitki enerjiyə ehtiyac duyduqca yeni yarpaqlar əmələ gətirir və böyümə prosesi davam edir.

2. İnsan seçimi və resurs yönləndirilməsi

Yetişdiricilər bu sonsuz böyümə xüsusiyyətindən ustalıqla istifadə edirlər. Nəhəng bir balqabaq yetişdirmək istəyənlər bitkidə yalnız bir meyvə saxlayır, digərlərini isə kəsirlər. Baliga bildirir ki, bitki bu vəziyyətdə "bütün resurslarımı bu tək meyvəyə yönəldəcəyəm” prinsipi ilə davranır. Nəticədə, bütün enerji və qida həmin meyvənin böyüməsinə sərf olunur.

3. Cazibəyə qarşı davamlılıq və super güclü qida damarları

Balqabaqlar torpaqda yetişdiyi üçün cazibənin təsirinə çox məruz qalmır. Ağacda yetişən bir meyvə – məsələn, şaftalı – bu qədər ağırlaşmazdan əvvəl sapından qopar və düşərdi. Balqabağın qalın qabığı isə həm genişlənməyə imkan verir, həm də öz çəkisini daşıya bilir.

Cessika Sevicin sözlərinə görə, yetişdiricilər qabığın elastikliyini və davamlılığını tarazlaşdırmağa çalışırlar – yəni qabıq həm genişlənməli, həm də dağılmadan meyvəni daşımalıdır.

Nəhəng balqabaqlar böyümə dövründə gündə 20 kiloqram çəki artıra bilir. Bu isə güclü qida daşınma sistemini – floem adlanan şəkər daşıyıcı damarları – tələb edir. Sevicin komandası aşkar edib ki, nəhəng balqabaqlarda bu damarlar adi növlərdən çoxdur. Bu, bitkinin daxilində qidaların daha sürətlə hərəkət etməsinə və böyümənin sürətlənməsinə səbəb olur.

4. Uzun yetişmə müddəti və ölçüyə yönəlmə

Baliga qeyd edir ki, bir balqabaq budaqda aylarla – bəzən 180 günə qədər – qala bilir, halbuki alma və digər meyvələr çox daha tez yetişir. Bu uzun dövr ərzində balqabaq fasiləsiz şəkildə kütləsini artırır.

Sevic əlavə edir ki, nəhəng balqabaqların bu qədər böyük olmasının səbəblərindən biri də uzun illər boyu yalnız ölçülərinə görə seçilərək yetişdirilmələridir. Digər meyvə və tərəvəzlərdə dad əsas seçim meyarı olsa da, bu növlərdə məqsəd tamamilə həcmdir.

Mütəxəssislər hesab edirlər ki, yetişdiricilər təbiətin sərhədlərini sınamağa davam etdikcə, gələcəkdə daha da iri balqabaqlar görmək mümkündür.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Noyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri