10 14 YAŞ TƏHLÜKƏSİ: Valideynlərin etdiyi BÖYÜK SƏHV
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
“Vaxtında aşkarlanan patologiya həm müalicəni, həm də gələcək fəsadların qarşısını almağı asanlaşdırır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, uşaqlarda dayaq-hərəkət aparatının profilaktik müayinələri və ortoped baxışı mühüm əhəmiyyət daşıyır. Mütəxəssis bildirib ki, patologiyaların erkən mərhələdə aşkarlanması həm müalicə prosesini sadələşdirir, həm də gələcək problemlərin qarşısının alınmasına imkan verir.
“Xüsusilə məktəbəqədər yaşlarda uşaqların oynaqlarının və dayaq-hərəkət aparatının yoxlanılması patologiyaların vaxtında və düzgün aşkarlanması baxımından çox önəmlidir”, - deyə İ.Şıxbabayev vurğulayıb.
Travmatoloq-ortoped qeyd edib ki, məktəbəqədər dövrdə ayaq dabanının formalaşması ilə bağlı məsələlərə də diqqət yetirilməlidir. O bu yaşlarda uşağın ortoped tərəfindən müayinə olunmasının faydalı olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, uşaqlarda sürətli boy artımı dövründə də ortopedik müayinə əhəmiyyətlidir. Xüsusilə 10-14 yaş arasında boyun sürətlə artması fonunda bəzi funksional pozulmalar meydana çıxa bilər.
“Boy artımının sürətləndiyi 10-14 yaş dövründə də uşağın ən azı bir dəfə ortoped müayinəsindən keçməsi vacibdir”, - deyə həkim əlavə edib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 09 Sentyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















