“10 15 dəqiqədə inanılmaz hadisələr baş verir”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın “Torpedo” üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.
“Qafqazinfo” xəbər verir ki, Sadıqov bildirib ki, rəqibin heyətində keyfiyyətli futbolçular var:
“Rəqibin heyətində yaxşı oyunçular var, komanda olaraq da bizdən daha hazırlıqlı idilər. Onlara qarşı durmağa çalışdıq və bu alındı. Daha çox qol da vura bilərdik”.
Baş məşqçi buna baxmayaraq, qarşılaşmanın heç də asan keçmədiyini vurğulayıb: “Düşünürəm ki, bu gün “Torpedo” da qalib gələ bilərdi. Futbol elə oyundur ki, 10-15 dəqiqə ərzində inanılmaz hadisələr baş verir”.
Rəşad Sadıqov cavab matçının önəmini də qeyd edib və komandanın arxayınlaşmamalı olduğunu bildirib:
“Qarşıda vacib cavab oyunu var. Həmin görüşə ciddi hazırlaşmalıyıq. Mərhələni keçmək üçün əlimizdən gələni etməliyik. Bütün rəqiblərə hörmətlə yanaşırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 08 İyul 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















