Icma.az
close
up
RU
10 Aprel İnşaatçılar Günüdür KONKRET

10 Aprel İnşaatçılar Günüdür KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Əziz və dəyərli inşaatçılar!

Sizin əzmkarlığınız və peşəkarlığınız sayəsində müstəqil dövlətimizin suveren ərazisinin hər bölgəsində davamlı inkişaf təmin edilir, müasir şəhərlərimiz formalaşır, daha sağlam, daha dayanıqlı yaşayış mühitləri yaradılır.

Tikinti sektoru hər ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edir. Dünyanın bir çox yerində olduğu kimi, Azərbaycanda da tikinti sənayesi uzun illərdir iqtisadi inkişafın təməl daşlarından olmaqla yeni iş yerlərinin yaradılmasında və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynamaqdadır. Təkcə 2024-cü ilin göstəricilərinə əsasən tikinti sektorunun Ümumi Daxili Məhsulda payı 6,7% təşkil etmişdir ki, bu da 2023-cü illə müqayisədə 0,5% çoxdur.

“Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sürətli, sistemli və planlı şəhərsalma layihələrinə nəzər salmaq kifayətdir ki, inşaatçıların şəhərlərimizin inkişafı və insanların həyat keyfiyyətinin yüksəlməsində əvəzsiz xidmətlərinə lazımi dəyəri verə bilək. Sözsüz ki, orada çalışan hər bir inşaatçı bu layihələrin icrasında yüksək peşəkarlığını, bilik və bacarığını ortaya qoyaraq, xalqımızın tarixi qələbəsini simvolizə edən bərpa-quruculuq prosesinə öz layiqli töhfələrini verir.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gerçəkləşən bu proqram nəticəsində işğaldan azad olunan ərazilərimiz 30 ildən sonra yenidən doğma sakinlərinin nəfəsi ilə isinir. Artıq minlərlə soydaşımız əzəli və əbədi yurdlarında məskunlaşır, yeni və rahat evlərində həyatına davam edir.

Qürurla demək olar ki, bu gün bütün yaşayış məntəqələrinin müasirləşdirilməsi, əlverişli infrastrukturun yaradılması və innovativ şəhərsalma həllərinin tətbiqi sahəsində inşaatçılarımızın ortaya qoyduğu nəticələr tikinti sektorunun dayanıqlı gələcəyi ilə bağlı böyük nikbinlik yaradır.

Hörmətli həmkarlar!

Azərbaycan inşaatının və memarlığının zəngin çoxəsrlik ənənələrini günümüzün yenilənən tələblərinə uyğun yaşatdığınıza görə hər birinizə təşəkkür edir, Sizə möhkəm can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Gələcəkdə də bu yolda birgə səylərlə davamlı uğurlara imza atacağımıza əminəm!

Hörmətlə,

Anar Quliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Aprel 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri