10 atletimiz Balkan çempionatında mübarizə aparacaq
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sloveniyanın Novo Mesto şəhərində keçiriləcək U-18 Balkan çempionatında Azərbaycanın 10 atleti mübarizə aparacaq.
Bakıvaxtı.az Azərbaycan Atletika Federasiyasına istinadən xəbər verir ki, turnirdə idmançılar müxtəlif növlərdə güclərini sınayacaqlar.
Məşqçilər Orxan Aslanov, Mixal Poqani və Anar Yusifovun rəhbərliyi altında çempionatda Safiya Kərimova (100 metr), Mədinə Hüseynzadə (400 metr), Gülçin Nağıyeva (800 metr), Zeynəb Əmrahova (lövhə atma), Ramil İsmayılov (üçtəkanla tullanma), Şamxal Həsənzadə (uzunluğa tullanma), Mehdi Abaszadə (400 metr), Bülbül Babayev (hündürlüyə tullanma), Daniil Şuvayev (100 metr) və Loğman İsrafilli (800 metr) yarışacaqlar.
Qeyd edək ki, Balkan çempionatı iyulun 4-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 İyul 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















