Icma.az
close
up
RU
10 ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 139,8 milyon manat vəsait daxil olub AZƏRTAC

10 ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 139,8 milyon manat vəsait daxil olub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir.

Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 43 hərrac keçirilib. Hərraclarda 6 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 525 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-oktyabr ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə elektron sifarişlərin sayı 391, “Elektron Hərrac” proqram təminatı vasitəsilə onlayn qoşulmaların sayı isə 48 olub.

Cari ilin 10 ayında özəlləşdirmədən dövlət büdcəsinə 108,2 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artım qeydə alınıb.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 519-u qeyri-yaşayış, 2 min 951-i isə torpaq sahəsi üzrə olmaqla 3 min 470 yeni icarə müqaviləsi bağlanılıb. Cari ilin 10 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 31,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artım olub.

Beləliklə, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 139,8 milyon manat vəsaitin daxil olunması təmin edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see330

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see178

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see154

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri