10 dəqiqə keçdisə, qapı özü açılacaq Bu tualetlərdə yeni qayda
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin Nyu-York şəhərində ictimai tualetlərdən istifadə ilə bağlı yeni qayda tətbiq olunacaq. Burada vaxtı çox uzadan şəxslər üçün gözlənilməz sistem hazırlanıb.
“Yeni Sabah” xəbər verir ki, şəhərdə ictimai yerlərdə istifadə üçün 17 yeni modul tualetin quraşdırılmasına başlanılıb. Nyu-York meri Zohran Mamdaninin açıqladığı layihə çərçivəsində hazırlanacaq tualetlər insanların sıx olduğu meydan və ərazilərdə pulsuz istifadəyə veriləcək.
Yeni tualetlərdə istifadə müddəti 10 dəqiqə ilə məhdudlaşdırılacaq. Vaxtın başa çatmasına az qalmış istifadəçiyə xəbərdarlıqlar ediləcək. Bununla yanaşı, işıqlı xəbərdarlıq sistemi də fəaliyyət göstərəcək. 10 dəqiqə tamam olduqdan sonra isə tualetin qapısı avtomatik açılacaq. pizza
Yeni qurğularda su ilə işləyən əlüzyuyan, suyu buraxılan tualet, havalandırma və temperaturun tənzimlənməsi sistemi, eləcə də körpələr üçün qulluq bölməsi olacaq. Tualetlər daşına bilən şəkildə hazırlanacaq. Buna görə də ehtiyac yarandıqda başqa əraziyə köçürülə və ya tamamilə götürülə biləcək.
Bundan başqa, qurğularda toxunmadan istifadə imkanları və musiqi sistemi də nəzərdə tutulub. Mamdani layihəni təqdim edərkən tualetlərin uzun müddət vaxt keçirmək üçün nəzərdə tutulmadığını bildirib.
“Bura telefonla oynamaq üçün yer deyil”, - deyə mer qeyd edib.
Layihənin bir il müddətində sınaqdan keçirilməsi planlaşdırılır. İlk mərhələdə Bronx, Bruklin, Kuins, Manhetten və Staten-Aylend ərazilərində ümumilikdə 17 belə tualet quraşdırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 18 Sentyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















