Icma.az
close
up
RU
10 günlük atəşkəs təklifi...

10 günlük atəşkəs təklifi...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tərəflər təklifi niyə qəbul etmirlər?

Prezident Donald Tramp İranla müharibədə həlledici mərhələyə yaxınlaşır və ABŞ ilə İsrail rəsmiləri hadisələrin yalnız iki mümkün inkişaf ssenarisini nəzərdən keçirirlər. Birinci variant Hörmüz boğazının yenidən açılmasına yönəlmiş 10 günlük atəşkəs rejiminə razılıq vermək, ikinci variant isə Tehranı geri çəkilməyə məcbur etmək məqsədilə İsraillə birlikdə genişmiqyaslı hərbi kampaniyaya başlamaqdır. “Axios” nəşrinin yazdığına görə, ABŞ Prezidenti hələlik yekun qərar verməyib. Yazıda bildirilir ki, rəsmilər hansı variantın seçiləcəyinin yaxın bir neçə gün ərzində müəyyənləşəcəyini düşünürlər.

Vaşinqton təklifləri nəzərdən keçirir

Məlumata görə, Qətər, Misir, Pakistan və digər regional vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklifi təqdim ediblər: “ABŞ rəsmiləri bildirirlər ki, Tramp administrasiyası təklifi nəzərdən keçirir və İsraili diplomatik imkanları məhdudlaşdıra biləcək addımlardan çəkinməyə çağırıb. Bununla yanaşı, Vaşinqton danışıqların nəticəsiz qalacağı ehtimalına da hazırlaşır. ABŞ ordusu son günlər bölgəyə onlarla qırıcı və havada yanacaq dolduran təyyarə göndərərək mümkün eskalasiyaya hazırlıq məqsədilə qüvvələrini gücləndirib”. Nəşrdə qeyd olunur ki, İsrail də silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib və müharibənin yaxın günlərdə genişmiqyaslı, koordinasiyalı hərbi kampaniyaya çevrilməsi ehtimalına hazırlaşır.

Bildirilir ki, yeni atəşkəs təklifi döyüş əməliyyatlarının dayandırılmasını, Hörmüz boğazındakı hər iki gəmiçilik marşrutunun yenidən açılmasını, həmçinin Vaşinqton və Tehrana pozulmuş Anlaşma Memorandumunu  bərpa etmək üçün imkan yaradılmasını nəzərdə tutur. Bununla belə, hələ nə ABŞ, nə də İran təklifi qəbul edib. Yazıda qeyd olunur ki, hər iki tərəf atəşkəsə razılıq verməzdən əvvəl mövqelərini gücləndirmək məqsədilə əlavə zərbələr endirməyə çalışır.

Vasitəçilər Hörmüz boğazının tam açılmasına çalışır

“Axios”un məlumatına görə, regional mənbələr vasitəçilərin iyulun 11-də Omanın paytaxtı Məskətdə Oman, İran və Qətər nümayəndələrinin müzakirə etdiyi təklif üzərində işlədiklərini bildirirlər. “Təklif Hörmüz boğazında gəmiçilik marşrutlarının tam açılmasını nəzərdə tutur. 10 günlük atəşkəs dövründə ABŞ və İran boğazdan keçidin tənzimlənməsinə dair daha uzunmüddətli razılaşma üzərində danışıqlar aparacaqlar. Regional mənbələrdən birinin sözlərinə görə, variantlardan biri İrana dəniz təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və digər xidmətlərə görə məqbul xidmət haqları toplamaq imkanı verə bilər. Mənbə nümunə kimi Malakka boğazını göstərib. Həmin modeldə Malayziya, İndoneziya və Sinqapur ümumi tranzit rüsumu əvəzinə göstərilən konkret xidmətlərə görə ödəniş alırlar. Digər təklif isə ödənişlərin Beynəlxalq Dəniz Təşkilatının iştirakı ilə idarə olunacaq birgə fonda yönəldilməsini nəzərdə tutur”, - deyə nəşr yazır.

Yazıda bildirilir ki, vasitəçilik prosesində Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani, Qətərin ABŞ-dakı səfiri Əli Əl-Təvadi, Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munir, Misirin xarici işlər naziri Bədr Əbdüləti və Omanın xarici işlər naziri Bədr əl-Busaidi iştirak edirlər. Regional mənbələrdən biri “Axios”a bildirib ki, Ağ Ev təklifi ciddi şəkildə nəzərdən keçirməzdən əvvəl İordaniyada ABŞ hərbçilərinin öldürülməsinə cavab olaraq İrana qarşı hərbi əməliyyatları daha bir neçə gün davam etdirə bilər.

Ümumiyyətlə, son eskalasiya zamanı hücumlar qarşılıqlı olaraq daha da şiddətlənib. ABŞ Mərkəzi Komandanlığı İrana qarşı növbəti hücum dalğasını başa çatdırdığını açıqlayıb. Mərkəzi Komandanlığın yaydığı məlumata görə, ABŞ qüvvələri İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum imkanlarını zəiflətmək məqsədilə ölkənin hərbi komandanlıq mərkəzlərinə, dəniz qüvvələrinin obyektlərinə, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə, eləcə də hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. Bəyanatda qeyd olunub ki, həyati əhəmiyyət daşıyan beynəlxalq dəniz dəhlizi ilə ticarət gəmilərinin tranziti davam edir: “May ayının əvvəlindən etibarən Mərkəzi Komandanlığın qüvvələri təxminən 900 ticarət gəmisinin və 450 milyon barel xam neftin təhlükəsiz tranzitinə dəstək verib. Amerika qüvvələri boğazdan sərbəst və maneəsiz keçmək istəyən mülki dənizçilərə qarşı əsassız hücumlara görə İranı məsuliyyətə cəlb etməyə hazırdır”.

ABŞ hərbçiləri həlak olub

“CBS News” isə Pentaqon rəsmilərinə istinadla məlumat yayıb ki, İranın bu ay Yaxın Şərqdəki ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində 100-ə yaxın amerikalı hərbçi yaralanıb. Bildirilir ki, yaralanan hərbçilərin əksəriyyəti artıq xidmətə qayıdıb. ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell məlumatı təsdiqləyərək deyib ki, iyulun 7-dən bəri müxtəlif dərəcəli xəsarət alan hərbçilərin təxminən 96 faizi yenidən xidmətə başlayıb. Onun sözlərinə görə, yaralanmaların əksəriyyəti yüngül beyin silkələnməsi ilə bağlıdır.

Lakin İranın son raket hücumları ABŞ-ın Yaxın Şərqdə yerləşdirilmiş hərbi qüvvələrinin müdafiəsində mövcud çətinlikləri də üzə çıxarıb. “The Wall Street Journal” (WSJ) nəşrinin  yazdığına görə, İordaniyadakı Müvəffəq Salti aviabazasına hücum zamanı üç raketin ABŞ-ın hava hücumundan müdafiə sistemlərini keçməsi Vaşinqtonun bölgədəki təxminən 50 min hərbçisinin təhlükəsizliyinin təmin olunmasında problemlərin qaldığını göstərir. Həmin hücum zamanı yaralananlarla yanaşı, iki amerikalı hərbçi həlak olub, biri isə itkin düşüb. Qəzet, həmçinin İranın hələ də əhəmiyyətli sayda raket və pilotsuz uçuş aparatına malik olduğunu qeyd edib.

ABŞ Prezidenti isə “Truth” sosial şəbəkə hesabında İranın Amerika Birləşmiş Ştatları (ABŞ) əsgərlərinin öldürülməsinin əvəzini ödəyəcəyini yazıb. O, əlavə edib ki, bununla bağlı müharibə katibi Pit Heqsetə, Birgə Qərargah Rəisləri Komitəsinin sədri Daniel Keynə və hər bir ordu liderinə tapşırıq verilib.

N.BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyul 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see366

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see281

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see274

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see267

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see263

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see262

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see256

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see253

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see251

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see251

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see247

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see243

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see240

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see238

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see229

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see227

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see218

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see199

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see196

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri