10 hibrid avtomobili sınaqdan keçirildi: ən yaxşı model müəyyən edildi
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir qrup ekspert bir sıra hibrid avtomobilləri (PHEV) sınaqdan keçirib. Onlar bu seqmentdə ən yaxşı modeli müəyyən ediblər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Ekspertlər MG, Volkswagen, Jaguar və Land Rover kimi böyük istehsalçıların hibrid modellərini sınaqdan keçiriblər. Nəticələr gözlənilməz olub.
Ekspertlər kompakt krossover MG HS-ni ən yaxşı PHEV modeli adlandırıblar. Onlar izah ediblər ki, bu avtomobilin qələbəsində əsas amil onun rəqibləri ilə müqayisədə ucuz olmasıdır.
Ekspertlər MG HS-ni praktik interyeri və zəngin avadanlıqları üçün də yüksək qiymətləndiriblər. Üstəlik, bu krossover yalnız elektrik dartıcısı ilə 120 kilometrə qədər məsafə qət edə bilir.
Ekspertlər ikinci yerə Volkswagen Passat Variantının hibrid versiyasını layiq görüblər. Bu modelin təklif etdiyi yüksək praktiklik səviyyəsi ayrıca qeyd edilib.
İlk üçlüyü premium SUV Range Rover Sport tamamlayır. Ekspertin sözlərinə görə, o, yüksək səviyyədə rahatlıq və zəngin avadanlıq təklif edir.
Xatırladılıb ki, PHEV avtomobilləri elektrik mühərrikləri ilə tamamlanan ənənəvi daxiliyanma mühərrikləri ilə təchiz edilib. Ənənəvi hibridlərdən fərqli olaraq, bu modellər yalnız elektrik dartma ilə işləyə bilər və onların akkumulyatoru elektromobillər kimi ayrıca doldurula bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 İyul 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















