Icma.az
close
up
RU
10 İI ƏVVƏL 100 MANATA İDİ... İndi almağa nə qədər pul lazımdır? + RƏY

10 İI ƏVVƏL 100 MANATA İDİ... İndi almağa nə qədər pul lazımdır? + RƏY

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycanda gündəlik xərclərin artması vətəndaşın pulunun real alıcılıq qabiliyyətini də dəyişib. 10 il əvvəl 100 manata alınan ərzaq və gündəlik tələbat məhsullarından ibarət səbətə bu gün nə qədər pul lazım olduğu maraq doğurur. Eyni məhsullar üzrə 2016-cı il və 2026-cı ilin qiymətlərini müqayisə etməklə əhalinin real alıcılıq qabiliyyətindəki dəyişiklik ortaya çıxa bilər. 

Bəs bu müddətdə maaş artımları bahalaşmanı kompensasiya edə bilibmi? Azərbaycanda vətəndaşın 10 il əvvəlki 100 manatı bu gün real olaraq nə qədər dəyər itirib?

Mövzu ilə bağlı “AzPolitika”-ya açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, ildən-ilə qiymətlərin qalxması və buna müvafiq olaraq da milli valyutanın alıcılıq qabiliyyətinin enməsi əslində, təbii haldır və bu, bütün ölkələrə xasdır.

Onun sözlərinə görə, dünyanın ən güclü valyutası olan ABŞ dollarının dəyəri və alıcılıq qabiliyyəti nəyinki 5-0 il əvvəlki səviyyədə deyil, ildən-ilə də eyni deyil, fərqlidir. Yəni, alıcılıq qabiliyyəti aşağı düşməkdədir: m“Demək istədiyim odur ki, Azərbaycan manatının da dəyəri və alıcılıq qabiliyyəti 10 il əvvəlki səviyyədə deyil, əhəmiyyətli şəkildə aşağı düşmüşdür. Çünki istehlak qiymətləri səviyyəsi bu müddət ərzində yerində donub qalmayıb, hər il dəyişib və ancaq və ancaq, yüksələn xətt üzrə dinamika nümayiş etdirib. Bu həm, daxili tələbatın artması ilə əlaqədar baş verib, həm qlobal bazarlarda ortaya çıxan bahalaşma ilə bağlı, həm də logistika və o cümlədən, digər dəyişiklik, cərəyan və tendensiyalar ilə əlaqəli olaraq”.

Ekspert qeyd edib ki, sözügedən müddətdə əhalinin dolanışıq vəziyyəti ötən 10 il ərzində əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə yüksəyə doğru dəyişiklər, yəni artımlar olmaya bilməz və bu göstərici üzrə də əhəmiyyətli dəyişikliklər baş vermişdir, gəlirlər artmışdır: “Məsələn, 2016-cı ildə ölkəmizdə minimum aylıq əməkhaqqı 105 manat həddində idisə, hazırda 400 manatdır. Yəni ki, 3,8 dəfə artım baş verib, təxminən 281% səviyyəsində. Minimum pensiya məbləğisə 110 manatdan 320 manata çatıb, 2,9 dəfə (190,9%) artım baş verib. Və yaxud, orta aylıq maaş 494,3 manatdan 1174,4 manatadək yüksəlmişdir. Yəni, 2,4 dəfə artmışdır. Bütün bu artımlar əsasən, 2019-2025-ci illər ərzində həyata keçirilən beş sosial islahat paketi sayəsində mümkün olub. Müavinət və təqaüdlərə son 10 ildə ayrılan illik vəsait ümumilikdə 5 dəfə artıb. Bundan əlavə, vahid indeksasiya metodu ilə hər ilin əvvəlində bütün növ pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq avtomatik artırılır”.

P.Heydərov əlavə edib ki, bununla belə, bütün qeyd olunanlar ümumi göstəricilər olduğundan əhalinin dolanışıq səviyyəsini onun bütün təbəqələri üzrə tam əks etdirmir: “Belə ki, yuxarı əməkhaqqı alanlar ilə aşağı, məsələn, minimum əməkhaqqı alanlar arasında fərq böyükdür. Əmək pensiyaları üzrə də vəziyyət eynidir. Ümumiyyətlə, bir var ki, nominal gəlirlər, bir də var orta aylıq maaş... Nominal gəlirlər, ölkədə əhalinin maaş, pensiya, təqaüd və sair şəklində əldə etdiyi bütün növ pulların - gəlirlərin cəmi hesab olunur ki, bu göstərici demək olar, hamını əhatə edir. Yalnız, rəsmi əmək müqaviləsi ilə muzd olaraq çalışan - işləyən əhali qrupu üzrə hesablanmış əməkhaqqı fondunun həmin işçilərin sayına bölünməsiylə tapılan göstərici isə, orta aylıq nominal əməkhaqqı göstəricisidir. Nominal gəlirlərin tərkib hissələrindən biri olan orta aylıq nominal əməkhaqqı göstəricisi özü də vəziyyəti mütləq şəkildə əks etdirmir”.

İqtisadçı sonda bildirib ki, 2016-cı il də daxil olmaqla, ötən illərdə qeydə alınan rəsmi inflyasiya göstəricilərini əsas götürdükdə, manatın daha çox dəyərdən düşdüyü qənaətinə gəlirik: “Başqa sözlə, 100 manatın alıcılıq qabiliyyətinin zəiflədiyi qədər artımlar tam olaraq kompensasiya rolu oynamamışdır. Xüsusən də, ərzaq və gündəlik tələbat məhsullarından ibarət malların bahalaşması səviyyəsinə uyğun olaraq. Bu isə, gəlirlərinin böyük hissəsini yalnız qidaya xərcləyən aztəminatlı təbəqə üçün dolanışıq vəziyyətini əslində, çətinləşdirmişdir”.

Oğuz Ayvaz 

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Sentyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri