Icma.az
close
up
RU
10 il həbs verilən Məhəmmədlə bağlı ÇAĞIRIŞ KONKRET

10 il həbs verilən Məhəmmədlə bağlı ÇAĞIRIŞ KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Üç saylı Uşaq evində böyüyən Məhəmmədin başına gələnlərdən xəbərdaram, amma tam məlumatlı deyiləm. Bu barədə mətbuatda oxumuşam. Təbii ki, məsələ ilə hüquq-müdafiə təşkilatları gərək məşğul olsunlar, jurnalistlər ciddi araşdırmalar ortaya qoysunlar, həqiqətlər üzə çıxsın. Doğrudan da, şübhəli məqamlar varsa, çox ciddi şəkildə araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar. Bir insanın həyatını məhv etmək olmaz. Yayılan məlumatlarda deyilir ki, Məhəmməd barədə şikayət hadisədən bir ay sonra olunub və kamera yazıları da məhz bir ay sonra silinir. Telefonundakı zənglər, mesajlar da silinib. Bütün bunların hamısı şübhəli məqamlardır və ciddi araşdırmaya ehtiyac duyur. Əgər Məhəmmədlə bağlı parlamentə – İnsan hüquqları komitəsinə müraciət olacaqsa, biz digər aidiyyəti qurumlarla danışıqlar, müzakirələr apara bilərik”.

KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev deyib.

“İstənilən halda, düşünürəm, Məhəmmədin vəkili ittihamın əsassız olması, şübhəli məqamlarla bağlı özü də ciddi ictimai kampaniya aparmalıdır. Mən də bu kampaniyaya qoşulmağa hazıram. Əsas məsələ budur ki, həqiqət üzə çıxsın. Heç kim günahsız yerə həbsdə olmasın, şərlənməsin, böhtanla üzləşməsin. Həqiqət lazımdır. Doğrudan da, həqiqət, ədalət olmayan yerdə inkişaf da ola bilməz. Bu da məni narahat edir. Düşünürəm, ictimaiyyət şübhəli məqamlar əksi sübut  olunana qədər bu məsələni gündəmdə saxlayacaq, hər kəs də narahat olacaq. Aidiyyəti qurumlar da gərək Məhəmmədin məsələsinə münasibət bildirsinlər. Azərbaycanda Ombudsman İnstitutu var. Ümid edirəm ki, Məhəmmədin vəkili həm də hörmətli ombudsmana, Ombudsman İnstitutuna bununla bağlı müraciət edəcək. Onların məsələni nəzarətə götürməyə, araşdırmağa, həqiqətin üzə çıxması üçün tələb ortaya qoymağa hüquqları var. Təkrar edirəm, o cümlədən Milli Məclisin İnsan hüquqları komitəsi Məhəmmədin məsələsini aidiyyəti qurumlarla danışa, həqiqətin üzə çıxması üçün əlindən gələni edə bilər. Həqiqətlərin üzə çıxması cəmiyyətimiz, gələcəyimiz üçün də faydalıdır “,- deputat bildirib.

Xatırlatma: 3 saylı Uşaq evindəki qalmaqalla tanınan 2006-cı il təvəllüdlü Məhəmməd Hacıyev həbs edilib. Adıçəkilən uşaq evində böyüyən və sonradan 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilən Məhəmməd Hacıyev 13 yaşlı oğlana qarşı zorakılıq və seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib. İttihama görə, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evində olarkən 2012-ci il təvəllüdlü oğlana zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. M.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq başa çatdırıldıqdan sonra iş məhkəməyə göndərilib. Məhkəmədə ifadə verən M.Hacıyev ittihamları qəbul etməyib. O, ittihamlardan xəbərsiz olduğunu bildirib. Prosesdə zərərçəkmiş qismində ifadə verən 2012-ci il təvəllüdlü oğlan isə M.Hacıyev tərəfindən cinsi zorakılığa məruz qaldığını deyib.

Şahid ifadələrindən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Hacıyev 10 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, M.Hacıyev valideyn himayəsindən məhrum olduğu və ögey qardaşı tərəfindən küçəyə atıldığı üçün Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evinə yerləşdirilib və orada böyüyüb. Məhəmməd Eldəniz oğlu Hacıyev 4-cü sinfə qədər Bakı şəhərindəki 29 saylı tam orta məktəbdə fərdi təhsil alıb. Valideynlərini itirdikdən sonra o, 4-cü sinfi bitirib, məktəbdən çıxıb və 3 saylı Uşaq evinə yerləşdirilib. Orada qalan Məhəmməd Hacıyev müəssisədəki təminatdan şikayət edib. Daha sonra o, uşaq evinin rəhbərliyinin müraciəti əsasında Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Bir müddətdən sonra isə M.Hacıyev xəstəxanadan evə buraxılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri