Icma.az
close
up
RU
10 milyard dollardan çox investisiya layihələri

10 milyard dollardan çox investisiya layihələri

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq İnvestisiya Forumu Azərbaycanının cəlbedici investisiya dövləti olduğunu təsdiqlədi

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji və maliyyə sektoru üçün yeni mühüm sazişlər imzalanıb. Azərbaycanın milli neft korporasiyası - SOCAR-la “Italiana Petroli S.p.A” şirkətinin məxsus olduğu “MIP S.p.A” şirkəti arasında imzalanmış müqavilə yeni enerji əməkdaşlığı üçün əhəmiyyətli sənəddir. Müqaviləyə əsasən, SOCAR-ın İtaliyada böyük bir enerji infrastrukturunda iri sərmayəçi kimi təmsilçiliyi təmin ediləcək və Avropanın mərkəzi nöqtələrindən birində yanacaq emal bazası formalaşacaq. Bununla da Azərbaycanın qlobal enerji bazarındakı mövqeyi güclənəcək.

SOCAR-ın İtaliya neft holdinqi ilə səmərəli əlaqələr qurması Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrində, neft-kimya sahəsində uğurlu tərəfdaşlığına verilən etimadın və inamın nümunəsi hesab edilə bilər. Saziş Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunun möhkəmlənməsinə, Avropa bazarına birbaşa çıxış imkanlarının artmasına, dəyər zəncirinin genişlənməsinə və logistika üstünlüklərinin güclənməsinə mühüm töhfələr verəcək. Bu əməkdaşlıq enerji sektorunun müxtəlif istiqamətlərində yeni kəşflərin və texnoloji həllərin ərsəyə gəlməsinə, o cümlədən neft yataqlarının kəşfiyyatı və işlənməsi, bərpaolunan enerji layihələri, qabaqcıl texnoloji yeniliklərin sənayedə tətbiqinə də yeni stimullar verəcək.

İtaliyada Azərbaycanın nəhəng enerji infrastrukturu yaradılır

“Italiana Petroli S.p.A”nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti bildirib ki, uzun tarixi olan bu şirkət kimi son illərdə uğurlu fəaliyyət göstərməklə İtaliyada ilk neft şirkəti qurub, fəaliyyətini genişləndirməklə son illərdə həm pərakəndə satış, həm emal, həm də logistika sahəsində böyük təcrübə qazanıb. Bu baxımdan SOCAR-la əməkdaşlıq İtaliyaya yeni investisiyalar, müasir yanaşma və dəyərli təcrübə gətirə bilər. Bu, eyni zamanda, SOCAR-ın timsalında Azərbaycanın Aralıq dənizi regionunda qaz, xam neft və neft məhsullarının istehsalı və tədarükü ilə yanaşı, birbaşa Avropa yanacaq infrstrukturu sistemində fəal yer almasını təmin edəcək.

Forumda SOCAR digər qlobal investorlarla da analşamalar əldə edib ki, bu da Azərbaycan milli neft şirkətinin dünya investisiya alyansında nüfuzunun və səhmdar kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. Qeyd edək ki, 2 ay əvvəl “Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini “BAA3” (sabit) dərəcəsinə yüksəldib. Agentlik SOCAR-ın sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi və təkmilləşdirilmiş korporativ idarəetmə mexanizmlərinin formalaşdırılmasını əsaslı faktorlar kimi nəzərə alaraq  reytinqin yüksəldilməsinə qərar verib. Neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, etibarlı kredit göstəriciləri və sağlam likvidlik mövqeyi nümayiş etdirib. Reytinq, həmçinin SOCAR-ın davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməsini də nəzərə alır. “Moody’s”in sabit proqnozu SOCAR-ın kredit keyfiyyətini və səmərəli maliyyə idarəçiliyini qoruyub saxlamaq bacarığına olan inamı əks etdirir.

Alternativ enerji sektoru üçün mühüm layihə

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “EelElectric” MMC ilə elektrik mühəndisliyi və energetika sahəsində ixtisaslaşmış İsveç-İsveçrə transmilli korporasiyası “ABB Group”un Türkiyə nümayəndəliyi arasında Modul Panel Sistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb. Bu saziş bərpaolunan enerji quruculuğunda önəmli layihələrdən biri kimi mühüm əhəmiyyət kəsb edir və Azərbaycanda ağıllı texnologiyaların tətbiqi imkanlarını və qabaqcıl investorların təcrübəsinin ölkəyə gətirilməsini təmin edəcək.  Yüksək sənayelər parklarında tanınmış investor kimi tanınan “EelElectric” MMC Azərbaycanda bir neçə layihədə iştirak payına da malikdir. Belə ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Eel Electric” elektrik avadanlıqlarının istehsalı ilə məşğuldur. MMC elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalına görə, regional liderlərdən biridir. Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqinə üstünlük verən şirkət güc panelləri və idarəetmə panelləri, kondensator qurğuları və elektromobillərin şarj cihazları istehsal edir. Bu baxımdan “EelElectric” MMC ilə “ABB Group”un Türkiyə nümayəndəliyi arasında imzalanan saziş alternativ enerji sahəsində yeni güc infrastrukturu formalaşdıracaq.

“Daşkəsən Dəmir Filiz” sənayesinə 700 milyon dollar yeni sərmayə

Digər mühüm saziş yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalı üçün birgə müəssisənin yaradılmasını nəzərdə tutur. “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund OEIC Limited” investisiya şirkəti arasında imzalanmış sazişə əsasən ölkəmizə təqribən 700 milyon dollar dəyərində xarici investisiya yatırılacaq. “Fonte GreenMet Investments Fund OEIC” şirkətinin baş direktoru Erjan Musin bildirib ki, bu invesütisiya qərarı xarici investisiya layihələri arasında xüsusi strateji yer tutacaq və investisiya portfelimizin mühüm tərkib hissəsinə çevriləcək. Birgə əməkdaşlıq təkcə iqtisadi sahədə deyil, həmçinin elmi-texniki biliklərin mübadiləsi, müasir texnologiyaların tətbiqi və birgə innovativ istehsalın təşkili baxımından da geniş imkanlar açır. Layihənin həyata keçirilməsi Azərbaycanın yüksəkkeyfiyyətli metallurgiya məhsulları istehsalçısına çevrilməsinə, bununla da bütün Qafqaz regionunun sənaye xəritəsində yeni mərhələnin başlanmasına şərait yaradacaq.

Ümumilikdə, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində  ümumi dəyəri 10 milyard dollardan çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard dollardan çoxdur.

İmzalanan sənədlər və əldə edilən razılaşmalar Azərbaycanın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Böyükmiqyaslı sərmayələr Azərbaycanın investisiya cəlbediciliyini bir daha təsdiqləməklə yanaşı, innovasiya və texnologiya transferini sürətləndirir, dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda yeni imkanlar açır.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Sentyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri