10 min manat borca görə, 110 minlik evindən oldu Kəpəz BOKT dan şikayət (VİDEO)
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Masazır qəsəbəsində yaşayan Hüseyn Mustafayev 10 min manat borca görə 110 minlik evindən olduğunu iddia edir.
"Unikal" xəbər verir ki, o, bu iddianı "Xəzər Tv"yə şikayətində səsləndirib.
Hüseyn Mustafayev bildirir ki, 2019-cu ildə 5 otaqlı fərdi yaşayış evini "Kəpəz" Bank Olmayan Kredit Təşkilatına (BOKT) girov qoyaraq oradan 10 min manat kredit götürüb. Razılaşmaya əsasən, faizlə birlikdə ümumi ödənişin 3 il ərzində 20 min manat olması nəzərdə tutulub. Borcun bir hissəsi ödəndikdən sonra gecikmə yaranıb və faiz hesablanıb.
Şikayətçinin iddiasına görə, Bank Olmayan Kredit Təşkilatı ilə aralarında olan problem bununla da yekunlaşmayıb. Sonradan dəyəri təxminən 110 min manat olan evi hərraca çıxarılıb və 51 min manata satılıb. Evin hərraca çıxarılması ilə bağlı da sahibinə heç bir məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 16 May 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















