Icma.az
close
up
RU
10 nəfərin öldüyü yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi

10 nəfərin öldüyü yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

İş üzrə zərərçəkən qisimdə tanınan Elxan Əhmədov ifadəsində bildirib ki, həmin zavodda fəhlə olaraq çalışıb:

“Mən orada fəhlə olmuşam. Hadisə zamanı bədən xəsarətləri almışam. Müalicə xərclərinin bir qismini ödənilib. Əlavə ödənişin olunacağını bildiriblər. Əgər mənə əlavə yardım ediləcəksə, mən barışıq ərizəsini təsdiq edəcəm”.

Daha sonra Rahib Nuriyev sərbəst ifadə verib.

O, ifadəsində zavodda çalışmadığını bildirib.

“ Mən sözügedən zavodda çalışmamışam. Sosial şəbəkə üzərində sifarişlər götürürəm. Materialları sexə aparıram. Və kəsimi orada edirəm. Hadisə zamanı xəsarət almışam. Eyni zamanda, maşınıma ziyan dəyib. Maddi ziyan ödənilib. Qarşı tərəfə tələbim yoxdur”.

Daha sonra Əli Muradov, Şahin Cəfərov, Elvin Namazov, Rövşən Abdullayev, Orxan Səfərli ifadələrində onlara dəyən ziyanın ödənildiyini və qarşı tərəfə tələblərinin olmadığını bildiriblər.

Hadisə nəticəsində həyatını itirən İlqar Məmmədovun hüquqi varisi Vüsalə Məmmədova ifadə verib.

O bildirib ki, yoldaşı zavodda usta olaraq çalışıb:

“Yoldaşım həmin zavodda usta kimi çalışırdı. Həmişə gəldiyi vaxtda evə gəlmədi. Zəng etdik, açmadı. Daha sonra Vahidlə danışdıq. O, bizə dəqiq məlumat vermədi. Dedi ki, hadisə baş verib və İlqar xəstəxanadadır. Sonra mən onun öldüyünü bildim. Vahid bizimlə maraqlanmır. Yoldaşım onun işçisi idi. Kirayədə yaşayırıq. Vəziyyətimiz ağırdır. Təzminat tələb edirəm”.

Növbəti zərərçəkən Anar Hüseynzadə bildirib ki, sexdə usta köməkçisi olaraq çalışıb:

“Mən orada usta köməkçisi kimi çalışırdım. Partlayış oldu, sonra yanğın baş verdi. Mənə maddi köməklik olunub, şikayətim yoxdur, amma əlavə yardım edilməsini xahiş edirəm.”

Daha sonra Anar Nuriyev ifadə verib.

O bildirib ki, hadisə nəticəsində ona 31.000 manat ziyan dəyib:

“Mənə köməklik göstərilməsini istəyirəm. Avadanlıqlarıma ziyan dəyib, buna görə mənzilimi satdım və daha da çox borca düşdüm. Ən azı ziyanın 80%-nin ödənilməsini istəyirəm”.

Daha sonra zərərçəkən Tofiq Qurbanov ifadə verib:

“Mənə maddi ziyan dəyib, avadanlıqlar yararsız vəziyyətə düşüb. 120.000 manat dəyərində ziyana düşmüşəm. Hadisədən sonra işlərim qəlizləşdi. Mən məcbur qalıb yanan avadanlıqları satdım. Tələbim ziyanın ödənilməsidir.”

Təqsirləndirilən Tağı İbrahimov iddia ilə razılaşmayıb. O, bildirib ki, iddia tələbi şişirdilib:

“Bu qədər ziyan dəyməsini əks etdirən sübut var? 120 min manat böyük məbləğdir. Zərərçəkən iddia edir ki, avadanlıqları “metallom”a satıb. Bunu necə sübut edə bilər”?

Hakim bildirib ki, o, iş üzrə zərərçəkəndir və onları razı salaraq barışıq əldə etmək lazımdır:

“Bu vəziyyətdə siz özünüzü onların yerinə qoyun. Burada yaxınını, sağlamlığını itirən var. Onları geri qaytarmaq mümkün deyil. Proses 1 ildir davam edir. Hələ də narazı qalan şəxlər var”.

Daha sonra İmran Ağayev ifadə verib.

O bildirib ki, həmin sexdə çalışmayıb:

“Hadisə baş verən gün dostumu işə həmin zavoda gətirmişdim. Dostumu düşürdüm. Maşınla tərpənməmişdim ki, partlayış baş verdi. Hadisə nəticəsində avtomobilim ziyan görüb. Ziyan qarşılanmayıb. Əmlaka dəymiş ziyanın ödənilməsini istəyirəm.”

Məhkəmənin növbəti prosesi 18 iyunda keçiriləcək.

Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 May 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see235

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see130

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see123

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see123

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see122

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see121

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see121

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see121

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see120

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see120

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see119

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see119

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see119

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see117

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see117

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see117

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see117

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see116

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

14 Avqust 2025 08:03see116

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri