Icma.az
close
up
RU
10 noyabr bəyanatı şanlı Zəfərin təntənəsi

10 noyabr bəyanatı şanlı Zəfərin təntənəsi

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının müstəqillik tarixində ən böyük hadisələrdən biri İkinci Qarabağ müharibəsidir. 2020-ci 27 sentyabr tarixində başlayan Vətən müharibəsi 10 noyabr 2020-ci ildə ölkəmizin qələbəsi ilə başa çatmışdır.

Azərbaycan öz tarixi ədalətini bərpa etdi və haqlı mübarizəsində qələbə çaldı. Düzdür, bu qələbə çətin yollarla, uzun illər davam edən həsrətdən, nisgildən sonra minlərlə insanın qanı tökülərək qazanıldı. Lakin torpaq uğrunda ölən varsa Vətəndir. Vətən müharibəsi zamanı Ermənistanın bütün hərbi texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərər verildi. Bunlarla yanaşı, İkinci Qarabağ müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının iradəsini, Azərbaycan silahlı qüvvələrinin şücaətini, ordu və xalqın Ali Baş Komandan İlham Əliyevə olan etimadını gördü. Qazanılan qələbə xalqın birliyinin, həmrəyliyinin təcəssümüdür. Hansı ki, həmin həmrəylik xalqın ən böyük sərvəti və mənəvi dəyəridir.

44 gün davam edən Dəmir Yumruq əməliyyatından sonra Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə 10 noyabr bəyanatı imzalandı. Bu bəyanata əsasən müharibənin hərbi mərhələsi sona çatdı və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Bununla da rəsmi İrəvanın regionun inkişafına zərər verən işğalçı siyasətinin qarşısı alındı. Bəyanatın imzalanması ilə bir sıra siyasi, iqtisadi və diplomatik uğurların əsası qoyulmuşdur. Regionun inkişafına müsbət təsir göstərən müqavilələrimzalanmış, müxtəlif sahələr üzrə əsaslı müttəfiqliklər yaranmışdır. Bunların ən böyük nümunəsi isə 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Şuşa bəyannaməsinin imzalanmasıdır. Azərbaycan və Türkiyə Respublikaları arasında bağlanmış bu müqavilə iki dost və qardaş dövlət arasında münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində böyük addımdır.

Bu gün Ermənistan-Azərbaycan münaqişəsi tamamilə başa çatıb. Ölkəmiz həm döyüş meydanında, həm dəmasa arxasında öz qüdrətini göstərdi və istədiyinə nail oldu. Azərbaycan Dövlət Sərhəd Xidməti ölkənin bütün sərhədlərində Vətənin keşiyində durur. İşğaldan azad olunmuş bütün torpaqlarımızda AzərbaycanRespublikasının üçrəngli bayrağı dalğalanır. Bütün bunlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yeritdiyi mükəmməl daxili və xarici siyasətin, həmçinin xalqın Ona olan inamının nəticəsidir.

Laura Quliyeva 

Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://missiya.az
archiveBu xəbər 08 Noyabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri