Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Bu rayona yeni polis rəisi təyin edildi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Liqa 1: Marsel darmadağına sevindi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

10 noyabr Bəyanatından 8 avqust Bəyannaməsinə gələn yol

10 noyabr Bəyanatından 8 avqust Bəyannaməsinə gələn yol

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Zəfərə gedən yolun hər günü Azərbaycan xalqının inamla irəlilədiyi, torpaqlarını qarış-qarış yağı işğalından azad etdiyi günlər idi. 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü şanlı tariximizin qızıl səhifəsinə çevrildi. Ümumilikdə müasir tariximizin ən parlaq səhifələrindən biridir desək, səhv etmərik. Müharibənin ilk günündən son gününə qədər baş verən hadisələr daim diqqət mərkəzində olub və böyük həyəcanla izlənilib. Hər kəsin səbirsizliklə gözlədiyi Qələbə xəbəri noyabrın 9-dan 10-na keçən gecə gəldi. Bu, “məğlubedilməz ordu”suna güvənən düşmənin kapitulyasiyası idi. Beləliklə, 30 ilə yaxın davam edən işğala son qoyuldu. Prezident İlham Əliyev üçtərəfli Bəyanatı bütün xalqın gözü qarşısında imzaladı. Ermənistanın Baş naziri Nikol Paşinyan da həmin sənədə qol çəkdi, amma bunu pərdə arxasında, ictimaiyyətdən gizli etdi.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanat 44 günlük Vətən müharibəsinin rəsmi olaraq başa çatdığını elan edən sənəddir. Bu razılaşma həmin dövrün reallıqlarına uyğun şəkildə Azərbaycanın milli maraqlarına cavab verirdi.

Üçtərəfli Bəyanatda Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması, Laçın dəhlizinin eninin 5 kilometr olaraq müəyyən edilməsi, eləcə də hazırda geniş müzakirə olunan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsi kimi mühüm müddəalar öz əksini tapdı. Sənədə əsasən, Rusiya sülhməramlılarının münaqişə bölgəsinə yerləşdirilməsi də o dövrdə Azərbaycan üçün zəruri idi. Əgər bu baş verməsəydi, ermənilər müxtəlif təxribatlara əl ataraq vəziyyəti “etnik təmizləmə” və ya “soyqırımı” kimi beynəlxalq ictimaiyyətə təqdim etməyə cəhd göstərə bilərdilər.

Bəyanatda “Rusiya sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi” ifadəsinin işlənməsi xüsusi əhəmiyyət daşıyırdı. “Erməni silahlı qüvvələri” ifadəsi yalnız Ermənistan ordusunu deyil, bölgədə fəaliyyət göstərən bütün qanunsuz silahlı birləşmələri əhatə edirdi. Bu, gələcəkdə rəsmi İrəvanın “söz oyunu”na yol verməmək üçün atılmış uzaqgörən addım idi. Lakin Ermənistan götürdüyü bu öhdəliyi yerinə yetirmədiyinə görə, 2023-cü il 19-20 sentyabrda Xankəndi və ətraf ərazilərdə lokal antiterror tədbirləri həyata keçirildi. Bu əməliyyatlar nəticəsində Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

10 noyabr sənədinin yeni geosiyasi reallıq üçün aktuallığına gəlincə, bəzi ekspertlər bunun hazırkı məqamda əhəmiyyətli olmadığını düşünür. Baxmayaraq ki, Rusiya Xarici İşlər Nazirliyi noyabrın 7-də yaydığı informasiyada üçtərəfli Bəyanatın və 2021-ci ilin yanvarında Moskvada, 2021-ci ilin noyabrında və 2022-ci il oktyabrında Soçidə keçirilən görüşlərdə Azərbaycan və Ermənistan rəsmilərinin razılaşmalarının qüvvədə qalmasını və öz aktuallığını itirməməsini bildirib.

Aydın məsələdir ki, Rusiya Cənubi Qafqazda gedən proseslərdən kənarda qalmaq istəmir. Xüsusilə də Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması məsələsində. Bu, özünü iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, yekun sülh sazişinin imzalanması, eləcə də Zəngəzur dəhlizində (TRIPP) iştirakı ilə bağlı məsələlərdə daha qabarıq göstərir. Bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanan sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı bəyanat Birləşmiş Ştatların regionda rolunu daha da artırıb. Hər şeydən göründüyü kimi, Moskva bundan bir qədər narahatlıq keçirir. Düzdür, Rusiya XİN Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin paraflanmasını müsbət qiymətləndirib. Amma, eyni zamanda, Moskvanın iştirak etdiyi həmin görüşlərin və 10 noyabr Bəyanatının sülh prosesi üçün “yol xəritəsi” olduğunu bəyan edib. Yəni Moskva bütün dünyanın qəbul etdiyi kimi, Azərbaycan və Ermənistan arasında sülh prosesinin yalnız ABŞ-ın təşəbbüsü və vasitəçiliyi nəticəsində baş verməsi faktı ilə razılaşmaq istəmir.

Rəsmi Kremlin mövqeyinə görə, 10 noyabr 2020-ci il tarixli Bəyanat və ondan irəli gələn mexanizmlər bu gün də hüquqi və siyasi baxımdan öz qüvvəsini saxlayır və regionda dayanıqlı sülhün əsas bünövrəsini təşkil etməlidir. Təhlillər göstərir ki, bu, əslində Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını qorumaq niyyətindən irəli gəlir. Çünki Rusiya üçün bu bölgə həm geosiyasi, həm də iqtisadi baxımdan strateji əhəmiyyət kəsb edir. Moskva istəmir ki, Qərb, xüsusilə də ABŞ sülh prosesində əsas oyunçuya çevrilsin. Buna görə də Rusiya rəsmiləri 10 noyabr Bəyanatını və həmin sənəddə nəzərdə tutulan mexanizmləri regionda sülhün yeganə “yol xəritəsi” kimi təqdim etməyə çalışır.

Əlbəttə, Azərbaycan qonşu ölkələrlə qarşılıqlı əməkdaşlığa, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə hər zaman xüsusi önəm verir. Bununla belə, hazırda bölgədə formalaşan yeni reallıqlar fonunda açıq şəkildə görünür ki, Ermənistan ərazisindən keçəcək “Tramp yolu” artıq ABŞ-ın nəzarəti altında fəaliyyət göstərəcək. Bəyanatda qeyd olunduğu kimi, bu marşrut boyunca Rusiya təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi artıq mümkün hesab edilmir. Bu da öz növbəsində faktiki olaraq, Moskvanın regiondakı əvvəlki dominant mövqeyinin məhdudlaşdığına dəlalət edir. Ona görə də Kremlin iddiasının əksinə olaraq, 2020-ci il 10 noyabr Bəyanatı bu gün əvvəlki qədər aktuallığını saxlamır. Həmin sənəd o dövrün reallıqlarına cavab verirdi.

Elxan ŞAHİNOĞLU,
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri

Müxtəlif dövlətlərin liderləri İkinci Qarabağ müharibəsinin bitməsinin 5-ci öldünümü ilə əlaqədar Prezident İlham Əliyevə təbriklər ünvanlayırlar. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə 10 noyabr 2020-ci ildə Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında əldə edilən üçtərəfli razılaşmaların öz aktuallığını qoruyub saxladığı iddia edilir. Aydındır ki, Kreml Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə bizi təbrik etmək istəmir, ancaq 5 il əvvəlki razılaşmanın xatırladılmasının da mənası yoxdur. Rusiya özü həmin razılaşmaya doğru-dürüst riayət etməmişdi. Razılaşmaya zidd olaraq Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadı, rusiyalı hərbçilərin bilavasitə iştirakı ilə separatçılara silah və sursat, mina daşındı. Bu vəziyyətdə Azərbaycan müharibədən 3 il sonra antiterror əməliyyatı keçirməyə məcbur qaldı.

Kremlin iddiasının əksinə olaraq, 10 noyabr 2020-ci il Bəyanatı artıq aktuallığını itirib. Razılaşmanı imzalayan üç ölkədən ikisinin lideri üçün bu razılaşma aktual deyil. Hazırda aktuallıq kəsb edən 8 avqust Vaşinqton razılaşmasıdır. Azərbaycan və Ermənistan Ağ Evdə sülh layihəsini parafladılar, “Tramp yolu” ilə bağlı razılığa gəldilər. Bakı və İrəvan bu razılaşmaların yerinə yetirilməsi üzərində işləyirlər. Rusiya Cənubi Qafqaz dövlətlərinin daxili işlərinə qarışmamalı, bölgə dövlətləri arasında əməkdaşlığa mane olmamalı, bu kimi cəhdləri sülhə töhfə kimi qiymətləndirməyə çalışmamalıdır.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Noyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see205

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see164

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see152

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see134

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see132

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see128

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri