10 övladı olan gənc ailə Xocalıya qayıtdı FOTO
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mayın 16-da Xocalıya qayıdan ailələr arasında 10 övladlı gənc ailənin köçü xüsusi diqqət çəkib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Budaqov 12 nəfərdən ibarət ailəsi ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçüb.
Uzun illər doğma torpaqlarından ayrı düşən Budaqovlar ailəsi bu gününün sevincini paylaşır. İllərlə həsrətində olduqları ata-baba yurduna qovuşan ailə artıq yeni həyatına öz doğma ocağında başlayır. Xüsusilə ailənin 10 övladının doğma Xocalı torpağında böyüyəcək olması hər kəsdə xoş duyğular yaradıb.Anar Budaqov bildirib ki, illərlə bu günü arzulayıblar və bu gün arzuları gerçəyə çevrilib.
O, övladlarının doğma torpaqda təhlükəsiz, firavan və xoşbəxt həyat yaşamasının ən böyük sevinc, qürur olduğunu deyib. Bu gün Xocalıda yaşanan bu mənzərə təkcə bir ailənin sevinc hekayəsi deyil, həm də Azərbaycanın zəfərinin, dövlətin gücünün və "Böyük Qayıdış" proqramının uğurlu nəticəsinin parlaq nümunəsidir.
Xocalının Təzəbinə kəndində məskunlaşan Budaqovlar ailəsi artıq doğma torpaqda yeni və xoşbəxt həyata qədəm qoyur. Bu qayıdış, həm illərin həsrətinə son qoyur, həm də gələcək nəsillər üçün doğma yurda bağlılığın və vətən sevgisinin ən gözəl nümunəsinə çevrilir.İşğaldan azad olunan torpaqlarda bu gün həyat yenidən canlanır, kəndlərə yeni nəfəs gəlir, uşaqların səsi doğma yurdlarda yenidən eşidilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:267
Bu xəbər 16 May 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















