10 qəpikdən domino oynadılar, 3 min cərimələndilər Yeni Çağ Media
Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağdaş rayonunun Yuxarı Ləki kəndində çayxanada 10 qəpikdən domino oynayan şəxslər saxlanılıblar.
Yenicag.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, kənd sakinləri – C.G, M.N və D.V pulla domino oynayıblar.
Məhkəmədə onların polis əməkdaşlarını görən pulları masanın üzərindən götürüb gizlətdikləri bildirilib. Polis əməkdaşının “niyə qumar oynayırsınız?” sualına cavab olaraq şəxslərdən biri 10 qəpiyə oyun oynadıqlarını bildirib.
Məhkəmənin qərarı ilə hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib və 3 min manat cərimə ediliblər.
www.yenicag.az

10 qəpikdən domino oynadılar 3 min cərimələndilər
27 Noyabr 2024 14:50

