10 yaşlı əlil uşaq aclıqdan öldü, anası tutuldu ŞOK DETALLAR
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynanın Vinnitsa vilayətində 10 yaşlı əlil oğlan aclıqdan ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, uşaq ən azı iki ay ərzində qida qəbul etməyib.
Qeyd olunur ki, uşaq anadangəlmə əlilliyə malik imiş. Özünü qoruya və kömək istəyə bilməyib. Tamamilə böyüklərdən asılı olub. 2025-ci ilin may ayından etibarən uşaq məktəbə getməyib. Onun vəziyyəti getdikcə pisləşib. Lakin ana həkimlərə müraciət etməyib.
Baş Prokurorluğun Ofisində də bildirilib ki, məhkəmə-patoloji ekspertizanın rəyinə əsasən, uşağın ölümünə səbəb uzunmüddətli aclıq olub. “Oğlan təxminən 60 gün qidalandırılmayıb, yalnız çox az və nadir hallarda su verilib. Ekspertlərin sözlərinə görə, uşağa vaxtında ixtisaslaşmış tibbi yardım və lazımi nəzarət göstərilsəydi, onu xilas etmək mümkün idi”, — deyə əlavə olunub.
Uşağın anası saxlanılıb və ona şübhəli şəxs qismində ittiham irəli sürülüb. Məhkəməyə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təqdim edilib. Müəyyən edilib ki, qadın daha əvvəl də valideynlik vəzifələrini yerinə yetirmədiyinə görə məsuliyyətə cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Dekabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















